YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Bərk, maye və ya qaz?

Dünyada mövcud olan bütün maddələr yuxarıda qeyd olunan üç formadan birində olur. Bərk maddələrin müəyyən olunmuş forması var, mayenin hər hansı bir forması olmasa da, saxlanıldığı qabı doldurur, qaz isə hər hansı forma və ya ölçü olmadan havada hərəkət edir.


Bərk hal


Bərk maddələrdə atom və molekullar bir-birinə enerji ilə bağlanır. Onlar kristal qəfəs adlanan bir-birini təkrarlayan model şəklində eynilə tərəvəz dükanında alma və portağalların düzüldüyü formada təşkil olunublar.


Bərk halda atom və molekullar sıx şəkildə yerləşir. 


Ərimə


Bərk haldan mayeyə keçmə prosesi ərimə adlanır. Əgər buz parçasını ərimə temperaturuna qədər qızdırsaq bərk buz parçası maye suya çevriləcək. Buz 0 °C-də (32 °F)-də əriyir.


Maye halında atom və molekullar bərk hala nisbətən, daha az sıx birləşiblər. 


Donma


Maye halından bərk hala keçmə prossesi donma adlanır. Maye su molekulları enerji itirdikləri zaman donur və buz parçasına çevrilir. Su 0 °C-də (32 °F)-də donur. 


Buxarlanma


Buxarlanma maye halından qaz halına keçmə prosesidir. Əgər maye halında olan suyu qaynama temperaturuna 100 °C-ə qədər qızdırsaq molekullar buxarlanır (qaz halına çevrilir) və havaya qarışır. 


Kondensasiya


Kondensasiya qaz halından mayeyə çevrilmə deməkdir. Havada olan su buxarları enerji itirdikləri zaman molekullar bir-birinə yapışır və maye su halına düşürlər.


Karbon kristalları: almaz-kristal quruluş əmələ gətirmək qabiliyyətində olan çoxlu sayda karbon atomların birləşməsindən ibarətdir. Bu quruluş o qədər mükəmməldir ki, karbon atomlarını sıx şəkildə birlikdə saxlayır. Bu da almazın təbiətdə ən ağır maddə olmasına səbəb olur. 


Halların dəyişməsi 


Əgər bərk maddəni kifayət qədər isitsəniz, tərkibində olan atom və molekullar aldıqları enerjidən parçalanar və bir-birindən ayrılarlar. Bərk maddə əriyərək formasını dəyişir və maye hala çevrilir. Mayeni yenidən qaynayacağı temperatura qədər isitsən, bu zaman o da qaz halında olacaq.


Maye halı


Maye halında olan maddələrdə atom və ya molekullar bir-birindən uzaqlaşa bilir ki, bu da mayenin hər hansı qaba tökülə bilməsinə imkan verir, lakin onlar arasında olan enerji molekul və ya atomların bir-birindən tamamilə ayrılmasına imkan vermir. 


Qaz halı


Qaz halında olan maddələrdə atom və molekullar arasında enerji tamamilə qırılıb və bu onlara olduqları qabda sərbəst hərəkət etməyə imkan verir. Qaz halında olan maddə mayedə olduğu kimi axa bilməz və hamısı da olmasa, böyük əksəriyyəti görünməzdir.


Maye metal


Otaq temperaturunda bütün metallar, civə istisna olmaqla, bərk halda olaur. Civə 38 °C-də (36 °F) əriyir və bu səbəbdən hətta soyuducuya qoyduqda belə maye halında olur.


İsitmə
Bərk halda olan alüminium maye brom ilə reaksiyaya girərək alüminium bromid əmələ gətirir. Bu reaksiya zamanı küllü miqdarda istilik ayrılır və artıq qalan brom maddəsi qaynayır və nəticədə qəhvəyi bromdan ibarət qaz dumanı əmələ gəlir.