YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qüdrətli atomlar

Hər şey atomdan təşkil olunub. Bu inanılmaz kiçik hissələr Yerin quru səthini təşkil edən suxurlardan tutmuş, onun üzərində yaşayan heyvan, bitki və digər canlı varlıqlara, planetlər və uzaq qalaktikalardan olan ulduzlara qədər bütün maddələrin əsas tərkib hissələridir. 


Atomların tərkibi


Atomlar kiçik ola bilər, lakin onlar özləri daha kiçik hissəciklərdən ibarətdir. Protonlar və neytronlar atomun mərkəzində, nüvədə toplaşırlar. Güclü elektrik qüvvəsi bu kiçik hissəcikləri bir yerdə saxlayır.


Atomlar: kompyüter ekranında görünən və piksel adlanan kiçik işıq nöqtələrindən ibarət şəkillər kimi, əşyalar real həyatda da atomlar adlanan kiçik nöqtələrdən təşkil olunub. 


Atomları görmək


Atomları adi qaydada görmək mümkün deyil. Onlar əslində görünə bilən işıq dalğalarından da kiçikdirlər və buna görə də atomları mikroskop altında da görmək asan deyil. Əvəzində alimlər bu kiçik hissəcikləri onların ətrafında olan elektrik sahəsinin şəklini çəkməklə “görürlər”. 


Molekullar


Atomlar birləşərək daha böyük hissələri molekulları əmələ gətirilər. Onların bir-birinə bağlayan qüvvə kimyəvi rabitə adlanır. Atomlar arasında kimyəvi rabitə elektronların digər atomlara birləşməsi və ya onlardan alınması ilə yaradılır. 


Hər bir su damcısı üç növ atomdan-bir oksigen (açıq-mavi0 və iki kiçik hidrogen atomundan (ağ) ibarətdir.


Qlükoza C6H12O6-eyni zamanda dektroza adlanır. İlk dəfə 1747-ci ilədə Andres Marqaf tərəfindən üzümdən alınıb. Bitkilər Günəş enerjisindən özləri bu sadə şəkəri düzəldirlər. Heyvanlar bu bitkiləri və digər heyvanları yeyir və onlardan olan qlükozanı sağ qalmaq üçün enerji mənbəyi kimi istifadə edirlər. 


Spirt C2H6O-eyni zamanda etonol kimi tanınır. Təbii şəkər üzərində mayanın təsiri nəticəsində yaranır. Spirt pivə, şərab və digər spirtli içkilərin tərkibində olan etonola verilən ümumi addır. Qatılaşdırılmış halda o, mikrobları öldürür. Həkimlər və tibb bacıları inyeksiyadan əvvəl dərini təmizləmək üçün ondan istifadə edirlər. 


Su H2O- Yer səthinin 70 faizini əhatə edir. Həyat üçün vacibdir. Susuz Yer kürəsində həyat olmaz. Bu sadə molekul insan bədəninin təqribən 70 faizini təşkil edir. Su Yer kürəsində üç müxtəlif formada bərk (buz), qaz (su buxarı) və maye (su) olan yeganə molekuldur. 


Vitamin B6


C10H16N2O3S-eyni zamanda biotin və ya vitamin H kimi tanınır. İlk dəfə 1941-ci ildə Vinsent Du Vinqneaud tərəfindən alınıb. Vitamin B7, B qrup vitaminlər kompleksini təşkil edən 8 elementdən biridir. Bu vacib element hüceyrələrin inkişafı üçün çox önəmlidir. Bu vitaminlə zəngin maddələr qaraciyər, pivə mayası və süd məhsullarındadır. 


Vitamin D-C28H44O- eyni zamanda kolekalsiforel adlanır. İlk dəfə 1922-ci ildə Eduard Mellanbay tərəfindən əldə olunub. Vitamin D güclü sümüklərin olması üçün vacibdir. Bu molekul insan orqanizmində dərinin Günəş şüalarını qəbul edərkən yaranır, digər mənbələri isə dənli bitkilər və yağlı balıqdır. 


Almaz C-təbiətdə mövcud olan ən ağır metaldır. Qiymətli daş kimi zərgərlikdə geniş istifadə olunur. Almaz hər karbon atomunun dörd karbon atomu ilə möhkəm birləşərək kristal quruluş əmələ gətirdiyi karbonun nadir rast gəlinən formasıdır. Almaz çox sərt olduğundan onlardan şiş uclu burğu vasitələrinin hazırlanması üçün istifadə olunur.