YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Hökumət nədir?

Hökumət dövlətin idarə olunması ilə bağlı qanunlar və qərarlar qəbul etmək səlahiyyətinə malik kiçik insanlar qrupudur. Onlar əhalidən vergi şəklində toplanan vəsaitin təhsil, ordu və ya yeni yolların tikilməsi kimi sahələrə xərclənməsi barədə qərar qəbul edirlər.


Təkpartiyalı sistem


Bəzi dövlətlərdə yalnız bir partiyanın fəaliyyətinə icazə verilir, digərləri isə qadağan olunur. Seçki zamanı yalnız həmin partiya kimlərin namizəd olacağına qərar verir və səslər də bu seçimin təsdiqi üçün verilir. 
Kuba Respublikasında Kuba Kommunist partiyası ölkədə qəbul olunan yeganə siyasi partiyadır. 


Monarxiya


Birləşmiş Krallıq kimi bir sıra ölkələrdə kral və ya kraliça ölkə başçısı kimi çıxış edir, lakin o, dövləti idarə edən şəxs deyil. Lakin hələ də bir neçə dövlət var ki, orada monarx bütün qüvvələri özündə birləşdirir və birbaşa ölkənin idarəçiliyində iştirak edir. Bu “mütləq monarxlar” seçilmirlər və öldükləri zaman hakimiyyət onların övladlarına keçir. 


Bruney Krallığı: Bruney sultanları mütləq hakimiyyətə malikdirlər. 


Höküməti zəif və ya qeyri-populyar olan dövləti ordu qüvvələri ələ keçirir və hərbi hakimiyyət qurur. Ölkə hərbi xunta- adətən, ümumi bir nəzarət altında hərbi zabitlər tərəfindən idarə olunur. 


Myanma birliyi: 1962-ci ildə hərbi çevriliş nəticəsində Burma hökuməti devrildi və elə həmin vaxtdan ordu ölkədə rəhbərliyi ələ keçirdi. Bütün hökumət vəzifələri hərbi qulluqçular arasında bölüşdürülüb. Hökumət (xunta), Karen Milli Birliyi və Mong Tai Ordusu arasında etnik qarşıdurma davam etməkdədir. 


İdarəçilik sistemləri


Konstitusiya ölkənin siyasi idarəetməsinin quruluş və qaydalarını müəyyən edən yazılı sənəd və ya yazılmamış məcəllədir. Konstitusiyalı dövlətlər, məsələn, Fransa və ABŞ-da olduğu kim respublika, və ya Birləşmiş Krallıq və İspaniyada olduğu kimi, konstitusiyalı monarxiya şəklində ola bilərlər. Ölkə idarəçilik formasına görə prezident idarəçilik üsulu, (ABŞ), parlament idarəçilik üsulu (Birləşmiş Krallıq) və ya yarı-prezident idarəçilik üsuluna (Fransa) ayrıla bilər.


Etirazlar: Əhali qəbul olunan qanunlarla razı olmadığı hallarda etirazlar təşkil edərək, hökuməti həmin sənədi dəyişmək və ya əlavələr etməyə çağırır.


Demokratik ölkələrdə bütün yetkinlik yaşına çatmış şəxslərin səsvermə hüququ var. Seçki günü onlara üzərində namizədlərin adlarının yazılı olduğu kağız parçası verilir və onlar seçmək istədiyi namizədin adının qarşısına işarə qoymaqla səsvermə hüquqlarının reallaşdırırlar. Seçicilər doldurduqları seçki vərəqlərini seçki qutusuna atırlar, daha sonra isə səslər sayılır və ən çox səs toplayan namizəd seçilmiş hesab olunur.


Birləşmiş Krallıq: monarx ölkə başçısı kimi çıxış edir, lakin Britaniyada qanunları icmalar və Lordlar palatasın səs çoxluğu ilə Parlament qəbul edir və dəyişdirir. 


Amerika Birləşmiş Ştatları (ABŞ)


Dünyada ən qədim konstitusiyalı respublika quruluşuna malik ABŞ-da hakimiyyətin üç qolu var. İcraedici hakimiyyət konqresin göstərişlərini icra edir, qanunvericilik hakimiyyəti qanunları qəbul edir və dəyişdirir, məhkəmə hakimiyyəti isə ölkədə məhkəmə sistemini idarə edir.