YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İnqilab

Dünya tarixində yoxsulluq səbəbindən hərəkətə gələn və hakimiyyətdə olanları devirən gözlənilməz xalq hərəkatları qeydə alınmışdır. Nəticədə daha yaxşı yaşayış uğrunda alternativ siyasi sistem formalaşdırılır. 


İnqilablar ili: 1848-ci ildə ixtişaşlar Avropanın bir çox ölkələrində geniş yayılmışdı. Aclıq və işsizlikdən əziyyət çəkən nümayişçilər daha çox hüquq və ölkənin idarə olunmasında daha çox söz hüququna malik olmaq uğrunda mübarizə aparırdılar. Bu inqilabların yatırılmasına baxmayaraq, sonrakı siyasi dəyişikliklər üçün qığılcım oldu.


Mart ayında Avstriyanın paytaxtı Vyanada baş verən sakit nümayiş zorakılıqla nəticələndi.


İnqilab rəhbərləri:


Vladimir Lenin (1870-1924) Bolşevik Sosial-Demokrat Fəhlə Partiyasının lideri və Sovet dövlətinin ilk başçısı olub. 


Mahatma Qandi (1869-1958) Hindistanın atası hesab olunur. 


Mao Tsedun (1893-1976) Çində kommunizmin lideri və Çin Xalq Respublikasının yaradıcısı idi. 


Fidel Kastro (19260 1949-cu ildən Kubanın prezidenti olub və dünyada ən uzunmüddətli ölkə lideridir.


Bastiliyanın hücumla alınması: 14 iyul 1789-cu ildə kral XVI Lüdovikin orduya kəndliləri sıxışdırmaq əmrini və vergiləri artırmaq barədə şayiələri eşidən Parisin aclıq içində olan əhalisi üsyan etdi. XVI Lüdoviki 1793-cü ildə edam edildi.


Fransa inqilabı: XVI Lüdovikin edamından sonra ölkədə respublika qurulsa da, minlərlə insanı gilyotində edam edən terror rejimi hökm sürürdu. 1799-cu ildə ordu nəzarəti ələ keçirdi və general Napoleon Bonapartın rəhbərliyi ilə diktatura yaradıldı.


Napoleon müharibələri: Napoleon 1804-cü ildə özünü Fransa imperiyasının ilk imperatoru elan etdi və Avropada uğurlu hərbi əməliyyatlara başladı.


Hindistanın dinc inqilabı: siyasi fiqur mahatma Qandi Hindistana 1914-cü ildə qayıtdı. O, tədricən insanları Britaniya tərəfindən idarə olunan məhkəmə və məktəblərdən imtina etməyə və dövlət vəzifələrindən istefa verməyə çağıran kampaniyalara başlatdı. 1930-cu ildə Qandi duza qoyulan vergiyə qarşı 186 km (240 mil ) uzunluğunda yürüşə başçılıq etdi. 


Hindistanın mənəvi atası və siyasi lideri hesab olunan Mahatma Qandi 1947-ci ildə Hindistanın Britaniyadan müstəqillik qazanmasına səbəb oldu. 


İki inqilab: bolşevik Sosialist Partiyası tərəfindən qızışdırılan və müharibədən təngə gəlmiş ruslar 1917-ci ilin fevralında, sonradan taxtdan imtina edən çar (kral) II Nikolaya qarşı nümayişlərə başladılar. Həmin ilin oktyabr ayında Vladimir Leninin başçılığı ilə bolşeviklər ilk kommunist dövlətini qurmaq üçün hökuməti devirdilər. 


Kuba inqilabı:İnqilabçı Fidel Kastro üsyançı və kəndlilərdən ibarət kiçik qrupla diktator Fulqensio Batistanın Güclü ordusuna qarşı iki il mübarizə apardı. 1959-cu ilin yanvar ayında hakimiyyəti ələ keçirən Kastro Kubanın səhiyyə və təhsil sahəsinin inkişafı üçün bir sıra işlər gördü. 


Çində mədəni İnqilab: 1966-cı ildə Çin Kommunist Partiyasının lideri Mao Tsedun Çində sinifsiz cəmiyyətin qurulması üçün kampaniyaya başladı. Milyonlarla təhsilli və nüfüzlu şəxs “yenidən təhsilləndirilmək” üçün əl əməyinə məcbur edildi və minlərlə insan öldürüldü. 


Hər kəs Maoya məxsus “Balaca Qırmızı kitabı”n nüsxəsini üzərində daşımalı və oxumalı idi.