YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İkinci dünya müharibəsi

Birinci Dünya Müharibəsinin sonunda imzalanan sülh müqaviləsi (1919-cü il tarixli Versal sülh sazişi) Almaniyanı ərazisinin və sərvətlərinin çox hissəsindən imtina etməklə məcbur etməklə yanaşı, hərbi qüvvəsini də zəiflətdi.

 

İyirmi il sonra Nasional Sosialist Alman Fəhlə Partiyası alman xalqını dirçəltdi və onların başçısı Adolf Hitler isə Avropada hakimiyyəti ələ keçirməyə iddialı idi.


“Ox” dövlətləri tərəfindən atılan bombalar Avropa, SSRİ və Şərqi Asiyada ciddi dağıntılara səbəb oldu. Bombalar, adətən, zavodlar, aerodrom, limanlar və dəmir yolları kimi strateji yerləri hədəfə alsa da, çox vaxt evlərin dağılmasına, mülki əhalinin ölümünə və ya yaşadıqları yeri tərk etməsinə səbəb olurdu.


Adolf Hitler (1889-1945)

Avstriyada anadan olan Hitler Almaniyada nüfuzlu siyasətçi kimi tanındı. 1933-cü ildə kansler təyin olunduqdan sonra bir partiyalı sistem yaratdı və özünü tam hüquqlu diktator elan etdi.


Adolf Hitlerin başçılıq etdiyi Nasional Sosialist Alman Fəhlə Partiyası 1933-cü ildə hakimiyyətə gəldi. Hitler xalqa işsizliyə və yoxsulluğa son qoyacağını söz verdi. O, ölkənin əvvəlki qüdrətini və gücünü geri qaytarmaq istəyirdi.


Britaniyanın baş naziri (Uinston Çörçill),SSRİ-nin rəhbəri (İosif Stalin) və ABŞ prezidenti (Franklin Ruzvelt) müharibə zamanı strategiyaları müzakirə etmək üçün iki dəfə görüşdülər. 


Almanlar tərəfindən işğal olunmuş ölkələrin müqavimət göstərən əhali qrupu cəsusluq və təxribat etməklə müttəfiqlərə yardım etdi.


Dövlətlər düşmənin qazdan istifadə edəcəyindən qorxub əhaliyə əlehqazlar payladı, lakin onlara heç vaxt ehtiyac olmadı. 


Əsas oyunçular:


1941-ci ilin ortalarına qədər iki əsas cəbhə: “Ox” dövlətləri (Almaniya, İtaliya və bəzi Şərqi Avropa dövlətləri) və Müttəfiqlər (Britaniya, Fransa və onların tərəfində olan bir neçə dövlət) mövcud idi. Dünya dövlətləri Almaniyanın Sovet İttifaqını məğlub etməsi və Yaponiyanın hücumlarının başlandığı zaman müharibəyə qoşuldular. 


Britaniya döyüşü: 1940-cı ildə Fransanı fəth etdikdən sonra Almaniya Britaniyanı işğal etməyi planlaşdırırdı. İlk olaraq Britaniya hava qüvvələri hücuma keçdi və Almaniya hava qüvvələri onları məğlub etməyi bacarmadı. 


Stalinqrad: Almaniya 1941-ci ildə Sovet İttifaqına hücum etdi. Cənubda Stalinqrad uğrunda böyük miqdarda insan itkisi baş verdi və nəhayət 1943-cü ildə zəifləyən Almaniya ordusu təslim oldu. 


Pörl-Harbor: Yaponiyanın hava qüvvələrinin Havay adalarında ABŞ-a məxsus hərbi gəmilərə gözlənilməz hücumu 19 gəminin sıradan çıxmasına və 1403 əsgərin ölümünə səbəb oldu. ABŞ dərhal “Ox” qüvvələrinə qarşı müharibə elan etdi. 


Holokosl:


Nasionalsit Sosialist Alman Fəhlə Partiyası yəhudilərə qarşı düşmən münasibətində idi (antisemitizm). Onlar yəhudiləri xüsusi sarı ulduzlu fərqlənmə nişanı taxmağa məcbur edirdilər və 1942-ci ildən onları xüsusi düşərgələrə göndərirdilər. Milyonlarla yəhudi həmin dövrdə aclıqdan, xəstəlikdən və qaz otaqlarında öldü. 


1939-cu il:


Sentyabr ayının 1-də alman qüvvələri Polşaya hücum etdi və Fransa ilə Britaniya Almaniyaya müharibə elan etdi.


1940-ci il:


1940-cı ilin iyun və oktyabr ayları arasında alman hava qüvvələri Britaniya səmasında onlara məxsus hərbi hava qüvələri ilə mübarizə apardı.


1941-ci il:


Dekabr ayının 7-də Yapnoniya Havay adalarında, Pörl-Harbordakı ABŞ-a məxsus hərbi gəmilərə hücum etdi və ABŞ müharibəyə qoşuldu.


1942-ci il:


Avqust ayında Almaniya Sovet İttifaqında Stalinqrad uğrunda 6 aylıq döyüşlərə başladı.


1943-cü il:


May ayında, nəhayət ki, “Ox” qüvvələri şimali Afrikada müttəfiqlərə təslim oldu.


1944-cü il:


İyun ayının 6-da müttəfiq qüvvələri Normandiya sahillərinə soxuldu və “Ox” qüvvələrini geri çəkilməyə məcbur etdi.


1945-ci il:


May ayında Almaniya təslim oldu, lakin müharibə Şərqi Asiyada davam edirdi. Yaponiya yalnız avqust ayında iki şəhərinə atom bombası atıldıqdan sonra təslim oldu.