YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Asteklər

1100-cü illərin sonlarında yığıcı və ovçulardan ibarət bir dəstə Mexikonun şimalından cənuba miqrasiya edərək 1200-cü illər ərzində Mərkəzi Mexiko dərəsində Teskoko gölünün sahilində fermer kimi məskunlaşmağa başladılar.


Akamapiçti (1376-96-ci illərdə hakimiyyətdə olub) qonşu dövlətin hakim sülaləsinin nümayəndəsi olan bu şəxs Astek dövlətinin ilk başçısı olub. 


I Montezuma (1440-69-cu illərdə hakimiyyətdə olub) bu qüdrətli hökmdar işğallar və ticarət yolu ilə Astek imperiyasının ərazisini xeyli genişləndirdi.


II Montezuma (1502-20-ci illərdə hakimiyyətdə olub) Astek imperiyasının ərazisinin ən çox böyüməsi onun hakimiyyəti dövründə baş verdi, daha sonra isə İspan işğalları başladı.


Ernan Kortes (1485-1547-ci illər) ispan macəraçısı 1521-ci ildə Astek imperiyasını ələ keçirdi və Mexikonun İspaniyaya məxsus olmasını bəyan etdi. 


İmperiyanın xəritəsi:


İmperiyalarının ən güclü zamanında asteklər mərkəzi və cənubi Mexikoda altı milyondan artıq insanı, inklər isə Sakit okeanı sahillərində və And dağları ətrafında 12 milyondan artıq insanı idarə edirdilər. 


Tenoçtitlan


Təxminən 1325-ci ildə Asteklər Teskoko gölü ətrafında Tenoçtitlan adlanan şəhər dövlətini yaratdılar. Bir neçə körpü ada-şəhəri quruyla birləşdirirdi. Mərkəzdə saraylarla əhatə olunan dini binalar, döyüşçü məktəbləri və ulama adlanan rəqsin ifası üçün rəqs meydançası yerləşirdi. 


İnklər


Manko Kapak tərəfindən idarə olunan fermer tayfaları 1100-cü illərdə Perunun yüksəkliklərində, Kuskoda məskunlaşmışdılar. Asteklər kimi onlar da az sonra güclü döyüşçü-xalqa çevrildi. 


İnk kralları kapak adlanırdılar. Onların dilləri keçau, Asteklərin dilləri isə naiati idi. Hər iki sivilizasiya çoxallahlılığa ibadət edir və insan qurban vermə ənənəsini həyata keçirirdilər. İnklər mallar və xidmətlər, Asteklər isə kakao dənələri və mallarla ticarət edirdilər. 


İnklər müxtəlif ölçülü düyünlərdən ibarət ipdən istifadə etməklə ələ keçirdikləri torpaqlar haqqında qeydlər edirdilər. 


Kakao bitkisinin dənələrindən istifadə etməklə acı dadlı şokolad içkisi hazırlanırdı.


Cənubi Amerikada qızıl kimi bir çox qiymətli metallar aşkar olundu və metalişləmə əsas sənətkarlıq növlərindən biri idi. 


İmperiya binası: Asteklərin güclü və varlı olmalarının əsas səbəbi məhsul yetişdirməsindəki bacarıqları və uğurları idi. Onlar güclü döyüşçü-xalq idi və işğalçı ordularını qidalandıra bilirdilər. Tacirlərin uzaq torpaqlarla ticarət edə bilməsi asteklərin varlanmasına səbəb olurdu. 


İspan işğalı: Ernan Kortes 1519-cu ildə Ternoçtitlanda II Montezuma tərəfindən asteklərin ənənəsinə uyğun olaraq hörmətli qonaq kimi qarşılandı. Lakin o, kralı həbs etdi, iki il sonra şəhəri və Astek imperiyasını dağıtdı.


İnk istilaları:


Kapak Yupanki (1438-71-ci illərdə hökmranlıq edib) İnk imperiyasının ərazisini genişləndirməyə başladı. Ölkə ərazisini bir-birilə əlaqələndirmək üçün bir sıra yollar şəbəkəsi salındı. 


 


Cənubi Amerikada qızıl və digər qiymətli metalların axtarışında olan ispan macəraçıları İnk tayfaları ilə qarşılaşdılar. Fransisko Pizarro 1533-cü ildə Kusko üzərində nəzarəti ələ keçirtdi və buranı İspan torpağı elan etdi.


Ordusunun kiçik olmasına baxmayaraq Pizarro 16 noyabr 1532-ci ildə xristianlığı və ispan hökmranlığını qəbul etməkdən imtina edən İnk hökmdarı Atahullpanı məğlub edə bildi.