YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qul ticarəti

Köləlik qədim Misir və Roma kimi bir çox cəmiyyətlər üçün xarakterik idi. Lakin onu dünya miqyasına çıxaran Transatlantik qul ticarəti idi. Onun kökləri 1470-ci ildə afrikadan fəhlələrin Portuqaliyaya məxsus Madeyra adasına daşınmasına gəlib çıxır. 400 il sonra köləliyin ləğvinə qədər 12 milyon qul Afrikadan “Yeni dünya”yə aparılmışdı.


Bruks qul gəmisi: 450-yə qədər qulun daşınması üçün nəzərdə tutlsa da, adətən, 600-dən çox bir-birinə zəncirlənmiş qul daşınırdı.


Üçtərəfli ticarət


Qul ticarəti pula bağlı idi. Avropalı tacirlər Afrikaya məhsul ixrac edir, geri qayıtdıqda isə eyni gəmiləri yeni yükün-insan daşıması üçün istifadə edirdilər. Onlar Şimali Amerikanın cənubu, Cənubi Amerika və Karib adalarının plantasiyalarında işləmək üçün gətirilirdi.


Avropadan Afrikaya: Avropalılar gətirdikləri mis, dəmir, geyim, şüşə qablar, şərab və silahlar əvəzinə afrikalı mülkədarlardan qul alırdılar.


Afrikadan Amerikaya: kəndlərdən və tarlalardan toplanmış insanları qul gəmilərində daşımaq üçün sahildə cəmləşdirirdilər.


Amerikadan Avropaya: Plantasiyalardan şəkər, düyü, pambıq, qəhvə, tütün və rom geriyə, Avropaya daşınırdı.


Satış üçün qullar


“Yeni dünya”ya gətirildikdən sonra qullar hərracda plantasiya sahiblərinə satıldıqları bazarlara gətirilirdilər. qullar onların yeni sahiblərinin nişanları ilə işarələnirdilər (isti dəmirlə damğalanırdılar). Hamı- qadın, kişi, qız və oğlanlar satışa çıxarılırdı. 


Qaçmaq olmaz: Afrikada ələ keçirildikləri andan qullar xalta və topuğa zəncir kimi qandallar geyinməyə məcbur edilirdilər. Onları qaça bilməmələri üçün bir-birinə zəncirləyirdilər. 


Tarlalarda: qullardan, məsələn, pambıq yığımında istifadə olunurdu. 


Məcburi əmək: Qullar Avropalılar tərəfindən salınan plantasiyalarda işləmək üçün aparılırdı. Həyat uzun işsaatları, zəif qidalanma, əvəzi ödənilmədən və mütəmadi döyülmələrlə dayanılmaz idi. Qullardan doğulmuş uşaqlar da qula çevrilirdi və plantasiya sahibi onu ailəsindən alaraq işləmək üçün başqa yerə göndərə bilərdi.


“Öz xalqının Musa peyğəmbəri”: Hariiet Tabmen köləlikdən qaçdı və öz həyatını böyük riskə ataraq yüzlərlə qulun azad olmasına səbəb oldu. Daha sonra o, köləliyə qarşı mübarizənin başçılarından oldu. 


XVIII-ci əsrin sonlarından başlayaraq insanlar köləliyin ləğvi üçün mübarizəyə başladılar. 


1807-ci ildə Britaniya parlamentində qəbul edilən “Qul ticarətinin ləğvi haqqında Akt” qul ticarətini qadağan etsə də, köləlik Britaniyada 1833, ABŞ-da isə 1865-ci ilə qədər ləğv olunmadı. 


Amerikada vətəndaş müharibəsinin (1861-1865-ci illər) əsas səbəbi köləliyin ləğvi ilə bağlı idi, belə ki, “qul ölkələri” olan Cənub Konfederasiyası köləliyin ləğv olunmasını istəmədiyi halda, Şimal Birlik dövlətləri bunun tərəfdarı idi. 


Avraam Linkoln ABŞ-da köləliyə qarşı olan şəxslərdən biri idi. Konfederasiyalar müharibə elan etdiyi zaman, o, qulları azad etməyə başladı.