YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İsgəndərov Ədil Rza oğlu

Azərbaycanın görkəmli teatr-kino rejissoru, aktyoru və pedaqoqu
 
1910-cu il mayın 5-də Yelizavetpol (Gəncə) quberniyasında anadan olub. İlk səhnə fəaliyyətinə məktəbdə başlayıb, sonrakı illərdə işçi klublarındakı dram dərnəklərində fəaliyyət göstərib.
 
1928-1931-ci illərdə Bakı Teatr Texnikumunun rejissor-aktyor bölməsində təhsil alıb. 
 
1936-cı ildə Moskvada Lunaçarski adına Dövlət Teatr İnstitutunda təhsilini davam etdirib, Vaxtanqov adına Moskva Bədaye Teatrında rejissorluq təcrübəsi  keçib. 
 
1936-1960-cı illərdə Azərbaycan Dövlət Dram Teatrında rejissor, baş rejissor və direktor vəzifələrində işləyib. Rejissor kimi ilk işi Səməd Vurğunun “Vaqif” dramı olub.
 
1938-ci ildə Azərbaycan SSR Əməkdar incəsənət xadimi adına, 1943-cü ildə isə Azərbaycan SSR Xalq Artisti adına layiq görülüb.
 
1947-ci ildə Azərbaycan Dövlət Dram Teatrında “Şərqin səhəri” tamaşasının quruluşçu rejissoru kimi SSRİ Dövlət mükafatı (Stalin mükafatı) laureatı olub. 
 
1955-1962-ci illərdə Azərbaycan SSR Ali Sovetinin (4-cü və 5-ci çağırış) deputatı seçilib. 
 
1959-cu ildə SSRİ Xalq Artisti adını alıb. 
 
1966-1974-cü illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsində çalışıb.
 
1976-cı ildə “Axırıncı aşırım” filmində yaratdığı Kərbəlayı İsmayıl roluna görə Ümumittifaq kino festivalının “Kişi rolunun ən yaxşı ifasına görə” nominasiyasının qalibi olub, “Lenin”, “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri ilə təltif edilib. 
 
1978-ci il sentyabrın 18-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.