YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İlkin insanlar

Məhdud sayda daşlaşmış qalıqlar tarixçilərə yalnız insanların mənşəyi haqqında fərziyyələr irəli sürməyə imkan verir. Çoxlu sayda düz qamətli hominidlərin - “insanabənzər meymun”un mövcud olmasına baxmayaraq beş milyon il ərzində onlardan ancaq biri sağ qala bildi. Daha uğurlu olan Homo-sapiens Yer kürəsində yaşamaq şansı qazandı.



Bir çox tarixçilər hesab edirlər ki, beş milyon il bundan əvvəl insanabənzər varlıqlar Afrika meşələrindən çıxaraq açıq ərazilərdə yaşamağa başladılar. Onlar sağ qalmaq, ətrafı daha tez və əahtəli görmək üçün ayaqüstə dik durmağı, nəyisə daşımaq və yeni bacarıqlar əldə etmək üçün əllərini boş saxlamağı öyrəndilər. Təqribən bir milyon il ərzində ilkin insanlar Afrikadan digər materik və qitələrə miqrasiya etdilər. 


İlkin insanlar şimala doğru irəlilədikcə soyuq iqlimə uyğunlaşmağa və buz dövründə sağ qalmağa məcbur oldular. İnsanlar ilk əvvəl heyvan dərisindən paltar hazırlasalar da, sonradan yunu necə əldə etməyi və toxumağı öyrəndilər. 


Paleolit dövrü: İnsanlar sürüləri izləyərək ətrafa doğru hərəkət edərək dəyənəklər və iti alətlərlə ovçuluq etdilər. 


Mezolit dövrü: Ovçuluqla məşğul olanlar kaman və ox, yığıcılıqla məşğul olanlar isə meyvələri və fındıqları toplamaq üçün səbətlər düzəltdi. İnsanlar hələ də ətrafa doğru yayılmağa davam edirdi. 


Neolit dövrü: İnsanlar istehsalçılığa başladıqdan sonra oturaq həyata keçdi. Onlar taxtadan kənd təsərrüfatı alətləri düzəldir və dulusçuluq kimi yeni bacarıqlar əldə edirdilər.


Lyusi: 25 yaşlı qadına məxsus skelet Efiopiyada tapılıb və onun 3.2 milyon il bundan əvvəl yaşadığı müəyyən olunub. Qadının boyunun uzunluğu təqribən 107 sm olub.


Nutkraker insan: Tanzaniyada diş və kəllə sümüyünün hissələrinin tapıldığı homid 2 milyon il əvvəl yaşayıb. Böyük və hamar çənə sümüyü və qalın minalı dişləri ilə o, yalnız toxumlar və fındıqla qidalanıb. 


Pekin insanı: Çində aşkar edilən 40 şəxsdən biridir və onun 500 000-300 000 il əvvəl yaşadığı müəyyən olunub.


Qədim insan: 30-40 yaşlarında ağır artritlə bu skelet Fransada Aşkar olunub. 50 000 il bundan əvvəl yaşadığı güman edilən insan təqribən 168 sm hündürlüyündə olub.


Australopithecus Afarensis 4 milyon il bundan əvvəl yaşadığı güman edilir. Qalıqları Afrikada tapılan bu skelet çox kiçik alnı və çıxıntılı üz quruluşu ilə seçilir. 


Bacarıqlı insan 2,3-1,6 milyon il bundan əvvələ təsadüf üdilir. Tapılan skelet qalığının geniş kəllə sümüyünün olmasından xəbər verir. 


Erektus 1,8 milyon il bundan əvvəl- 300 000 il əvvələ qədər yaşadığı müəyyən olunan bu insan növünün qalıqları Afrika, Avropa və Asiyada tapılıb. Erektus uzun kəllə sümüyü və geniş azı dişləri ilə fərqlənir. 


Neandertal 250000-300000 il bundan əvvələ təsadüf edir. Qalıqları Avropa və Orta Şərqdə tapılan bu insan növü çıxıntılı çənə sümüyü, geri çəkilmiş alın və xırda çənə ilə xarakterizə olunur. 


Ağıllı insan 100000 il bundan əvvəldən indiyə qədər yaşayır. Bütün dünyada rast gəlinən bu insanların qabağa doğru çıxan alın sümüyü, xırda çənəsi, yüngül sümük quruluşu və geniş beyni var.