YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Keçmişdən hekayələr

Tarix keçmişdə baş verənlərin öyrənilməsidir. Bu, ilk insanlardan yaxın bir neçə ilə qədər baş verən hadisələrə qədər hər şey ola bilər. Dəlil axtaran xəfiyyələrdən fərqli olaraq, tarixçilər sübutlara ilkin mənbə kimi yanaşırlar. 


Dəlillər üçün qazma: Arxeoloqların işi tarixçilərə ilk insanlar haqqında daha çox bilik əldə etməyə yardım edir. Qazıntılar zamanı arxeoloqlar qədim binaları üzə çıxarır və öyrənir, eləcə də insanlar tərəfindən keçmişdə hazırlanan əşyaları tədqiq edirlər. 


Arxeoloji yerlər: ərazini və üz səthini təhlil etdikdən sonra arxeoloqlar qazıntı işlərinə başlayır və yer qabığının qatlarını kənarlaşdırdıqca qarşılarına çıxanları qeyd edirlər. 


Mayya qalıqları: Cənubi Amerikanın Mayya sivilizasiyasının ən uğurlu vaxtı eramızın 200-900-cü illər arasında olub. Arxeoloqların aşkar etdiyi sıldırım ehramların pillələri insanların qurban verildiyi məbədlərə aparıb çıxarırdı.


Əşyaların öyrənilməsi


Hazırlanan əşya həmin dövr üçün əldə oluna biləcək materiallar və onu hazırlayanın bacarıqları barədə məlumat verir. Əşya cəmiyyətdə insanların mövqeyi haqqında etibarlı dəlil ola bilər. Tarixçilər üzə çıxarılan əşyalardan insanların mədəniyyəti və həyat tərzi barədə araşdırma apara bilərlər. 


Köhnə fotoşəkillər


1800-cü illərin  ortalarından fotoqrafiya tədricən məşhurlaşmağa başladı. Şəkillər insanların həyatını öyrənən tarixçilər üçün vizual mənbə rolunu oynayır. Səs yazması inkişaf etdiyindən tarixçilər həm də həyatları və baş verən hadisələrə münasibəti əks etdirən şifahi danışıqları da tədqiq edə bilərlər. 


3000 il yaşı olan Misir mumiyasının rentgenoloji tədqiqi insanın necə ölməsi və ya mumiyalaşdırma prosesi haqqında daha çox məlumat verə bilər. 


Yeni texnologiya


Texnologiyanın inkişafı tarixçiləri qədim əşyalar barədə kifayət qədər məlumatla təmin edir. Radioaktiv karbon izotopu, rentgen şüaları və termoqraf əvvəl müəyyən edilməsi çətin olan xırdalıqları da üzə çıxarır.