YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Memarlıq üslubları

Memarlıq, binaların və digər bu kimi tikililərin, məsələn, körpülərin layihələşdirilməsidir. Memarın əsas işi binanın möhkəmliyi və təhlükəsizliyi, eləcə də istifadə üçün keyfiyyətli olmasına diqqət etməkdir. Tikili, eyni zamanda məqsədə müvafiq olmalıdır, məsələn teatr üçün nəzərdə tutulmuş binalarda mütləq səhnə və geyim otağı nəzərdə tutulmalıdır. Eyni zamanda, memarlar tikililərin cəlbedici və gözoxşayan olmasına da çalışırlar. 


Üslubların dəyişməsi


Tarixin hər bir dövrü özünəməxsus memarlıq üslubları ilə fərqlənir. Bu dəyişiklik zövqlər və dəblər, eləcə də yeni tikinti üsulları və materiallarında əks olunur. Bir çox şəhərlər özündə müxtəlif üslubları birləşdirən qədim və müasir tikililərdən ibarətdir.


Hər hansı bir binanı dizayn etməzdən əvvəl arxitektor həmin binanın nə məqsədlə tikilməsi, harada yerləşəcəyi və nə qədər vəsait sərf oluna biləcəyi barədə məlumatlandırılmalıdır. Daha sonra onlar layihə adlandırdıqları rəsmdə binanın nədən hazırlanacağı, eləcə də hər bir divarın, qapı və pəncərələrin ölçülərini və yerini çəkirlər. Bəzən hətta arxitektorlar binanın kiçik modelini də hazırlaya bilərlər. 


İdeal evlər


İnsanlar yaşadıqları mühitin tələblərinə cavab verən evlərdə yaşayırlar. Onlar, adətən, daş və ya taxta, eləcə də gildən hazırlanmış kərpic kimi yerli tikinti materiallarından istifadə edirlər. Hətta bəzi insanlar yaşayış yerlərini qayalıq yamaclarda və mağaralarda qururlar. Arktikanın İnuit xalqları özləri üçün buzdan müvəqqəti sığınacaqlar hazırlayırlar. 


Çay və dəniz sahillərində yaşayan insanlar, adətən, daşqınlardan qorunmaq üçün evlərini dirəklərdə qururlar.


Efiopiyanın Qamo əhalisi evlərini bambuk ağacından dirəklər toxumaqla və üstünü güləşlə örtməklə tikirlər. 


Antoni Qaudi fərqli üsluba malik ispan arxitektorudur. Onun ən məşhur işi Barselonada tikintisi yarımçıq qalan Sagrada Familia kilsəsidir. 


Şüşə binalar


Ənənəvi binaların əsas tikinti materialları taxta, daş və ya kərpic olsa da, müasir tikililərin böyük əksəriyyətinin tikintisi üçün çoxlu miqdarda şüşə materiallardan istifadə olunur. Şüşənin tezsınan, kövrək olmasına baxmayaraq, beton və poladdan ibarət yeni tikinti mexanizmləri memarlara yüngül və eyni zamanda möhkəm binalar tikməyə imkan verir. 


Müasir layihələr

Kompüterlər memarlara əvvəllər layihələşdirilməsi mümkün olmayan tikililər planlaşdırmağa imkan verir. Onlar düşünülən formanın tikilə biləcəyini planlaşdırır, eləcə də, memara virtual bina ətrafında dolaşmağa imkan verir. 


Bəzi tikililər öz üslubuna görə digərlərindən fərqlənirlər. Hər bir böyük şəhərdə bir neçə məşhur tikili var, lakin bu tikililərin hər birinin inşa olduğu dövrə görə fərqli üslubu var. 


Tac-Mahal mərmər məqbərə məscid XVII-ci əsr hind memarlığının nümunələrindən biridir. 


Vestminister sarayı ilkin saray yandırıldıqdan sonra 1834-cü ildə yenidən qotik stilində tikilmişdir. 


Milli Qalereya, Kanada- şüşə və qranirdən ibarət qalereya müasir tikinti üslubunun ən yaxşı nümunələrindəndir. 


İspaniyanın liman şəhəri Bilbaoda Quggenheym muzeyi gəmi şəklində tikilmişdir.


Memarlığın inkişaf cədvəli:


Qədim Misir


E.ə 2590-2500-cü illər: Nil çayının vadisində salınan Misir ehramlarının fironların sərdabələri olması güman edilir.


Qədim Yunanıstan


E.ə 700-44-cü illər: Qədim Yunanıstanda tikililər üçün ölçüləri olan klassik üslubda tikilib. 


Qədim Roma


E.ə 200-cü eramızın 500-cü illəri: Romalıların binaların və digər tikililər inşasında betondan istifadə ediblər. 


Bizans üslubu


330-1453-cü illər: Bu üslubda tikilən binalar dairəvi günbəzlər və sütunlarla dəstəklənən taclarla xarakterizə olunur. 


Qotik üslubu


1100-1500-cü illər: Orta əsrlərin əzəmətli binaları üçün çatma tağlar, çıxıntılı qübbələr və yüksək divarları dəstəkləyən kontrforslar xarakterikdir.


Barokko üslubu


1650-1750-ci illər: Əzəmətli və təmtəraqlı barokko üslubu İtaliya, Fransa və İspaniyada yaranıb. 


Göydələnlər


1890-cı illər: Qaldırıcı mexanizmlərin kəşfindən dərhal sonra ilk göydələnlər ABŞ-da, Çikaqoda meydana gəldi. 


Orqanik memarlıq


1900-1940-cı illər: Təbiətdən ilhamlanan və təbii formalardan ibarət orqanik (üzvi) memarlıq amerikalı memar Frank Lloyd Rayt tərəfindən kəşf olunub.


Bauhaus


1919-1933-cü illər: Alman Bauhaus Məktəbi düz xəttlər, kubşəkilli formalar və hamar dam örtükləri ilə xarakterizə olunan yeni üslub yaratdı.