YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İbn Sina

Əbu Əli Hüseyn ibn Abdullah ibn Həsən ibn Əli ibn Sina 
 
Orta əsrlərin fars, bəzi iddialara görə türk mənşəli ən böyük təbiblərindən biri
 
980-ci ildə Buxara yaxınlığında anadan olub.
 
Həmədanda hökmdar tərəfindən saray həkimi, daha sonra isə vəzir təyin edilən alimin bütün dünyada məşhur olan 4 cildlik tibb ensiklopediyası, müxtəlif fəlsəfi kitabları, astronomiya və metafizikaya aid əsərləri var.
 
"Əl Qanun fit Tibb" (Təbabət elminin qanunu) kitabı XII yüzillikdə latın dilinə tərcümə edilərək Avropanın bütün tibb məktəblərində uzun müddət yeganə tibb dərsliyi kimi tədris olunub. 
 
Beş kitabdan ibarət bu ensiklopedik əsərin birinci kitabı anatomiya və qoruyucu həkimlik; ikinci kitabı adi dərmanlar; üçüncü kitabı patologiya; dördüncü kitabı dərmanlar və cərrahi metodlarla müalicə; beşinci kitabı isə müxtəlif dərman tərkibləri ilə əlaqəli təfsilatlı məlumatlar verilib.
 
Xəstəliklərin etimologiyasına aid biliklərin, insanın naturasına, həyat tərzinə uyğun xəstəliklərə yoluxması hallarının özünəməxsus şəkildə izahı İbn Sinanın təbabətə verdiyi ən böyük töhfələrdir. Onun fikrincə insan öz sağlamlığını qorumaq üçün müxtəlif faktorlara uyğunlaşmalıdır. Bura qida, geyim, burun vasitəsilə düzgün nəfəs alma, bədən quruluşunu həmişə düzgün formada saxlamaq, xasiyyəti tarazlamaq, bədəni "lazımsız tullantılardan" təmizləmək, fiziki və əqli aktivlik daxildir.
 
Göz ilə də maraqlanan İbn Sina dövrünün seçilən fiziklərindən İbn əl-Haytəm kimi, Göz-şüa Nəzəriyyəsini müdafiə edib və üst göz qapağının xaricə çıxması, davamlı olaraq ağ rəngə və ya qara baxmaqdan meydana gələn qar korluğu kimi daha öncə bəhs edilməyən xəstəliklər haqqında da təfsilatlı izahlar verib.
 
Tibb aləmində psixodiaqnostikanın banisi sayılan İbn Sina 1037-ci il iyunun 18-də mədə xorasının deşilməsindən dünyasını dəyişib və Həmədanda dəfn edilib.