YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Abdulla Şaiq

Talıbzadə Abdulla Şaiq Mustafa oğlu
 
Klassik Azərbaycan şairi, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, Əməkdar İncəsənət Xadimi (1940)
 
1881-ci il fevralın 24-də Tiflisdə ruhani ailəsində dünyaya gəlib. 1888-ci ildə altısinifli şəhər müsəlman məktəbində ilk təhsilini alıb. 1893-cü ildə ailə vəziyyəti ilə əlaqədar Xorasana gedib və təhsilini orada davam etdirib.
 
1901-ci ildə Bakıya gəlib. 1901-ci il aprelin 22-də üçüncü oğlan gimnaziyasında xüsusi imtahan komissiyasında imtahan verərək ana dili müəllimi adını alıb.
1901-ci il noyabrın 5-dən rus-tatar məktəblərində ehtiyat müəllim kimi pedaqoji fəaliyyətə başlayıb. 
 
1959-cu ildə Bakıda vəfat edib. Fəxri xiyabanda dəfn olunub.
 
 
 
 
 
Əsas kitabları
 
Gülşən ədəbiyyat. Bakı: 1910;
Gülzar (qiraət kitabı). Bakı: 1912;
Bədbəxt ailə. Bakı: 1912;
Kimdir haqlı? (pyes). Bakı: 1913;
Milli qiraət kitabı. Bakı: 1919; 
Türk çələngi. Bakı: 1919;
Vətən. Bakı: 1919;
Ədəbiyyat dərsləri. Bakı: 1919;
Milli qiraət kitabı. Bakı: 1919;
Türk ədəbiyyatı. Bakı: 1924;
Məktub yetişmədi. Bakı: 1926;
Dördüncü il (dərslik). Bakı: 1929;
Seçilmiş hekayələr. Bakı: 1933;
Araz (roman). Bakı: 1940;
Nağıllar. Bakı: 1945;
Şeirlər, nağıllar. Bakı: 1948;
Şeirlər və hekayələr. Bakı: 1950;
Xatirələrim. Bakı: 1961;
Pirin kəraməti. Bakı: 1965;
Xatirələrim. Bakı: 1973;
Seçilmiş əsərləri. Bakı: 1984.