YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İdman oyunları

İdman sağlamlıq üçün önəmlidir, lakin daha vacibi bir çox idman növləri komanda oyunlarıdır və insanları yarış üçün bir araya gətirir. Nəhayət, hər kəs qalib olmaq istəyir. 
 
Tennis iki nəfər və ya hər birində iki nəfər olan iki komanda arasında oynanılan oyundur. 
 
Kriket 100-dən artıq ölkədə insanlar tərəfindən oynanılır və ən yaxşı komandalar beynəlxalq yarışlarda çıxış edirlər. Stolüstü tennis və ya Pinq-ponq 1988-ci ildən Olimpiya oyunları sırasına aid edildi. Bu idman növü bütün dünyada çox məşhurdur və oyunçularının sayı təqribən 300 milyon nəfərdir. 
 
Amerika futbolu Avropada oynanılan futboldan fərqlidir və uzunsov topla oynanılır. Oyunçular xüsusi qoruyucu geyim geyinir və onlara ötürmə etmək üçün topu əllə götürmələrinə icazə verilir. 
 
Reqbi hər biri15 nəfərdən ibarət iki komandanın oval şəkilli topla oynadığı oyundur. 
 
Qolf oyununun məqsədi qolf çubuqları ilə kiçik topu ən az toxunuşla çuxura salmaqdan ibarətdir. 
 
Volleybol hər biri 6 nəfərdən ibarət iki komanda arasında, 3 taymda tor ətrafında oynanılır. Bu oyun 1890-cı illərdə yaranıb.
 
Futbol- qapıçıları topu rəqib komdandanın qapısına vurmağa çalışdığı hər biri 11 nəfərdən ibarət ənənəvi komandalar arası oyundur. 
 
Fubol- şübhəsiz dünyada ən məşhur idman növlərindəndir. Bütün dünyada insanlar futbolu məktəbdə və parkda, küçədə və oynana biləcəkləri hər yerdə oynayırlar. Milyardlarla insan hər 4 ildən bir təşkil olunan Fubol üzrə Dünya çempionatını izləyir və futbol bir çox dünya dövlətlərinin mədəniyyətinin bir hissəsi hesab olunur. Futbol azarkeşləri yerli və milli komandalarına çox sadiqdirlər. 
 
Qılıncoynatma yarışının iştirakçıları yüngül çəkili küt qılınclarla opponetlərinin bədənindəki hədəfə-nöqtələrə toxunurlar. 
 
Güləşin yaranma tarixi min il əvvələ təsadüf edir. Bu təkbətək döyüş növlərindən biridir. 
 
Karate-Yapon əlbəyaxa döyüş sənətidir. Bu idman növündə yumruq, təpik, diz və dirsək zərbələrindən istifadə olunur.
 
Boks çətin idman növüdür və böyük üst bədən gücü tələb edir. Boksçular qoruyucu əlcəklərdən istifadə edirlər. 
 
Cüdo ilk dəfə 1800-cü illərdə Yaponiyada yaransa da, qısa zamanda yeni döyüş texnikasına çevrildi. Kunq Fu və ya Uşu kimi tanınan bu idman növü qədim çin milli döyüş sənətidir. 
 
Sumo Güləşi- bir vaxtlar qədim Samuray döyüşçülərinin təlim məşqləri olan bu idman növü qədim Yapon döyüş sənətidir. Bu idman növündə əsas məqsəd digər güləşçini yerə vurmaq və ya 4,55 m (15 fit) diametrində olan döyüş dairəsindən kənara çıxmaqdır. 
 
Paraşütizm- paraşütçülər, adətən, kiçik təyyarələrdən tullanır və paraşüt adı verilən parçanın açılması onların etibarlı yerə enməsini təmin edir. Bütün dünyada təqribən 450 paraşütdən tullanma yerləri var. Bəzi paraşütçülər təyyarənin yerinə vertolyot və ya isti hava şarı səbətlərindən istifadə edirlər. 
 
Sörfinq: Sörfçülər yüngül sörf taxtaları ilə okean dalğaları üzərində hərəkət edirlər. 
 
Ayaq xizəyi ilə tullanma, sıldırım qayadan aşağı xüsusi ayaq xizəyi ilə təhlükəsiz tullanmanı ehtiva edir. 
 
Yelkənvari qanadla süzmək, bu idman növündə əsas məqsəd üçkünc şəkilli qanadlarla havada süzməkdir. Bu zaman yüksələn hava axınını tutmaqla səmada bir neçə saat qalmaq olar. 
 
Hündürlükdən tullanma – möhkəm elastik kanatla topuqlarından bağlanaraq insanın hər hansı bir yüksəklikdən aşağıya doğru tullandığı həyəcanverici idman növüdür. 
 
Ekstremal dırmaşma imkansız görünən buzlu və qayalıqlı ərazilərə dırmaşmanı ehtiva edən idmanın növüdür.
 
BMX velosipeddə diyirlənməni təşkil edən ekstremal idmanın bir növüdür. 
 
Draq yarışları ən sürətli quru idman növüdür. Bu idman növü Amerikada yaranıb və iki motorlu ağır avtomobillər arasında keçirilir. 
 
Konkisürənlərin sürəti saatda 65 km-ə çata bilir. 
 
At yarışları əsl cins atlarla düz yerdə və ya maneələrdə yarış keçirməklə iki formada təşkil oluna bilər. 
 
Yaxta yarışlarında bütün ölçülərdən istifadə olinur. 
 
Velosiped yarışları məsələn, Tour de Frans kimi uzun məsafələrdə yariş təşkil olunur. 
 
Maneəli qaçış yarışları bütün idman yarışlarının əsas hissəsini təşkil edir. Yarış iştirakçıları bir-birindən müəyyən məsafədə yerləşən 10 maneəni dəf etməklə yarışırlar. Qaçış məsafənin uzunluğu qadınlar üçün 100 m (328 fut), kişilər üçün isə 110 m (360 fut) təşkil edir. Ən uzun qaçış məsafəsi 400 m-dir.
 
Olimpiya oyunları 
 
Olimpiya oyunları dünyada ən məşhur idman hadisəsidir. Bütün dünya dövlətləri bu tədbirdə iştirak etməyə dəvət olunurlar. Belə ki, 2014-cü ildə keçirilən Soçi qış Olimpiya oyunlarında 88 ölkə təmsil olunurdu. Yarışın qalibləri qızıl medalla təltif olunurlar.
 
Olimpiya həlqələri: bir-birinə keçmiş həlqələr dünyanın hər bir yerindən gələn idmançıları təmsil edir. 
 
Qədim Olimpiya oyunları eramızdan əvvəl 776-cı ildə Yunanıstanda, Olimpiya şəhərində təşkil olunub. Müasir dövrün ilk olimpiya yarışları isə 1896-cı ildə Afinada keçirilib. Keçmişin xatirəsi kimi Olimpiya məşəli Olimpiya şəhərindən yarış keçirilən yerə növbə ilə qaçışçılar tərəfindən daşınır və Olimpiya alovunu yandırmaq üçün istifadə olunur.