YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Bax İohann Sebastyan

Bach Johann Sebastian
 
Alman bəstəkarı və orqan musiqiçisi, Barokko dövrünün ən görkəmli nümayəndəsi, çoxsəsli (polifonik) musiqinin "atası"
 
1685-ci il martın 21-də Almaniyanın Turingiya vilayətinin Eyzenax şəhərində Müqəddəs Georq kilsəsinin orqan ifaçısı İohann Ambrisius Baxın ailəsində anadan olub. 
 
İlk musiqi dərslərini Ohrdruf şəhərində orqançı kimi çalışan Kristofdan alıb. Alman musiqi məktəbinin İohann Paxeıbel və İohann Yakob Forberger kimi simaları, eləcə də fransız musiqi məktəbinin Jan Baptist Lüli, Luis Merşan, Marin Mare kimi musiqiçiləri və italyan musiqiçisi Gorolamo Freskobaldi və digərlərinin yaradıcılığı ilə yaxından tanış olur.
 
1703-cü ildə nüfuzlu Müqəddəs Mixayel məktəbini bitirir və Veymar şəhərində Hersoq İohann Ernstin saray musiqiçisi postuna təyinat alır. Bir müddət sonra isə Müqəddəs Bonafes kilsəsində orqan ifaçısı işləməyə başlayır. Sonralar saray orqançısı və konsert mayestrosuna, kapelmesyter vəzifəsinə qədər yüksəlir. 
 
1723-cü ildə Leypsiqdə Thomaskirche (Müqəddəs Tomas lüteran kilsəsi) yaxınlığındakı Müqəddəs Tomas məktəbi kantorunun, eləcə də şəhərdəki bütün əsas kilsələrin musiqi direktoru vəzifəsinə təyin olunur.
 
Ömrünün sonuna yaxın görmə qabiliyyətini itirir. 1750-ci ildə göz əməliyyatı olunur və 65 yaşında əməliyyatın fəsadları səbəbindən vəfat edir. 
 
İohann Sebastyan Bax mindən artıq musiqi əsəri yaradıb və opera istisna olmaqla, o dövrün bütün məlum musiqi janrlarına müraciət edib. Xüsusən Barokko musiqisinin inkişafına əvəzsiz töhfələr verib. 
 
İntellektual zənginliyi, texniki mükəmməlliyi və bədii gözəlliyi ilə seçilən əsərlərinə Brandenburq konsertlərini, Goldberq variasiyalarını, ingilis və fransız süitalarını, skripkada solo konsert üçün sonata və partitaları, vialençel üçün süitaları, 200-dən artıq kontata və bir o qədər də orqan musiqisi əsərlərini misal göstərmək olar.