YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Təhsil

Təhsil mədəniyyətin bir nəsildən digərinə ötürülməsinin ayrılmaz tərkib hissəsidir. Bir çox ölkələrdə bu biliklər məktəblərdə öyrədilir. Məktəbdə və ondan kənarda öyrəndikləriniz sizə gələcək üçün lazım olan bacarığı verir.

Təhsilsiz siz bu kitabı da oxuya bilməzdiniz. 


Məktəbdə


Uşaqlar min illərdir ki, məktəbə gedirlər. Arxeoloqlar ilk məktəb binasını 2500 il bundan əvvəl məhv olan qədim Ur şəhərində (hazırkı İraq ərazisi) müəyyən ediblər. Məktəb həmin vaxtdan bəri çox da dəyişməyib, hazırda da bütün dünyada uşaqlar müəllimlər tərəfindən öyrədilmək üçün məktəbə gedirlər.


Hazırda dünyada milyonlarla uşaq təhsildən kənar qalır. Buna məktəb və müəllimlərin olmadığı xüsusilə kasıb ərazilərdə daha çox rast gəlinir. Bir çox ailələr uşaqlarının təhsil xərclərini ödəyə bilmədiklərindən onlar işləmək və ya ailəyə kömək etmək üçün evdə qalmağa məcburdurlar. Qələmlər və kitablar bir çox məktəblərin təminatında adi hal olsa da, inkişaf etməkdə olan ölkələrdə bütün sinif üçün bir kitab olduğuna da rast gəlinir. 


Heç də bütün məktəblərdə eyni şərait yoxdur. Bir çox Britaniya məktəblərində kompüterdən istifadə olunsa da, Afrikada Seneqaldakı bu məktəbdə hətta işıq da yoxdur. 


Məktəbli geyimi: Dünyada bir çox məktəblərin geyimləri təəccüblü dərəcədə oxşardır. Lakin həmçinin bəzi məktəblərdə məktəbli geyimlərinin əlavə hissələri də olur, məsələn, Yaponiyada Sakurajima vulkanına yaxın ərazilərdə yaşayan uşaqlar, vulkan hər gün yaxındakı şəhərə lava püskürdüyündən xüsusi dəbilqə geyinməli olurlar. 


Dərs cədvəlində nə var?


Hazırda dünyanın başqa bir hissəsində məhz sənin kimi, bir uşağa yazmaq, hesablamaq və idman öyrədilir. Lakin müxtəlif ölkələrdə insanlara onların mədəniyyətinə xas xüsusi biliklər də öyrədilə bilərlər. Məsələn, Monqolustanda oğlanlar Buddist rahibi olmaq üçün monastırlara gedirlər. Burada onlar, həmçinin, təbiəti, təbabəti və incəsənəti öyrənirlər. 


Ev məktəblər: Dünyada bir çox uşaqlara evdə valideynləri və ya xüsusi müəllimlər tərəfindən dərs keçilir. Məsələn, Amerikada 1 milyona yaxın uşaq evdə təhsil alır, lakin Almaniya, Braziliya və Honq-Konqda uşaqların məktəbdən uzaqlaşdırılması qadağandır. Avstraliyanın kənar ərazilərində yüzlərlə uşaq ən yaxında yerləşən məktəblərdən o qədər uzaqda yaşayırlar ki, onların məktəbə getməsi mümkün olmur. Bunun əvəzində onlar müəllimlərlə online və ya radio bağlantı quraraq Açıq Səma məktəbində təhsil alırlar.


Təhsil heç də yalnız hesablamalar və ya oxuya bilmək demək deyil: sən məktəbdə bəlkə də özün də bilmədən çoxlu yeni şeylər öyrənirsən. İdman edən zaman sən sağlam qalmağı, komandanın bir hissəsi olmaq və ya rəqabət aparmağı öyrənirsən. Tarix, coğrafiya, din öyrənən zaman müxtəlif xalqları və onların yaşam yolları barədə məlumat əldə edirsən. Həmçinin, sinif yoldaşların və müəllimlərinlə sən əlaqə qura bilmək vərdişlərini öyrənirsən. 


Dünyada hər yeddi nəfərdən biri oxuya bilmir. Əgər insan oxuya, yaza və hesablaya bilmirsə, bu onun bütün həyatına təsir edir. Lakin təhsil insanlara yoxsulluqdan yaxa qurtarmağa kömək olur: məktəbə gedən uşaqlar daha yaxşı iş əldə edir, daha uzun və sağlam ömür yaşayır. 


Sonra nə baş verir?


Sən nə zamansa məktəbi bitirdikdən sonra nə edəcəyin haqda düşünmüsənmi? Bəzi sahələr, məsələn, arxitektor və ya hüquqşünaslıq ali təhsil və professional biliklər tələb etdiyi halda, digərləri, məsələn, mexaniklik və ya bərabərlik peşəsinə şagirdlər- iş yerində  təlimlər, yəni artıq bu sahədə işləyən şəxsdən öyrənməklə yiyələnirlər. 


Bu burada bitmir!


Təhsil, sənin məktəb ilinin sonuna çatdığına görə bitmir. Kollec və ya universitetə daxil olmaq sənin iş qazanmaq şansını artırır və sağlam qalmaq üçün yaşlandıqca beynini aktiv saxlamaq lazımdır. Bir çox insanlar köhnə biliklərini təzələmək və yenilərini əldə etmək üçün gecə məktəblərinə gedirlər.