YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Yazı və çap

Dünyanı kitabsız, qəzetsiz, karikaturasız, jurnallar, məktublar, menyular və emaillər-elektron ünvanlar olmadan təsəvvür edin-bura çox fərqli bir yer olar, elə deyilmi?


Yazılar bizə məlumat verir, bizi əyləndirir və ən əhəmiyyətlisi tarixi sənədləşdirir, öyrədir və fikirləri yayır. Çap insan fikirlərinin, eyni zamanada milyonlarla digər insanlara çatdırılmasına imkan verir. İlkin yazı formaları hərflər deyil, hər biri bir söz və ya səsi ifadə edən piktoqramlar-simvollar şəklində olub. İlkin yazı formalarının bəziləri Qədim Misirdə yaranıb. Heroqliflər adlanan bu işarələrin yaşı 5000 ildir. Eyni zamanda Mesopotomiyada insanlar mixi yazılarla gil lövhələr üzərində vergilər və məhsul barədə hesablamağa başladılar. Mixi yazılar küt qamışla yaş gil üzərində oyulurdu. Piktoqramlar paz şəkilli işarələrə qədər sadələşdirildi. 


Yazı formaları


Müasir qələmlər gil üzərində oyma və ya mürəkkəbə batırılmış quş lələyi ilə heyvan dərisi üzərində yazmaq kimi ilkin yazı formalarından tamamilə fərqlənir. Romalılar qurğuşun qələmləri 2000 il bundan qabaq icad etmişdilər, müasir qrafit qələmlər isə 1500-ci ildə ingiltərədə kəşf olunub. Lakin bəzi ənənələr hələ də qalmaqdadır. Yapon əl yazıları hələ də fırça və mürəkkəblə yazılır. 


Yazılı dillər


Hazırda dünyada 6800-ə qədər dildə danışılır və hər birinin yazı üçün özünəməxsus hərf və simvolları var. Dünyada çox sayda yerli yazı dillərinin olmasına baxmayaraq, əsas beş növ fərqləndirilir. 


Kiril əlifbası Rusiya kimi slavyan xalqları (Şərqi Avropa) tərəfindən istifadə olunur və bu əlifbanın yunan yazılarından törədiyi güman edilir. 


Çin dili dünyada ən qədim yazı dilidir və hərf adlanan piktoqraflardan istifadə olunur.


Latın dili 2600 il bundan əvvəl yaranıb və bütün dünyada daha geniş istifadə olunan yazı formasıdır. 


Bengal yazıları hərflərdən daha çox hecalardan ibarətdir və bu dildə sait və samitlər üçün simvollar fərqləndirilir. 


Ərəb əlifbasında yalnız samitlərdən istifadə olunur, saitlər isə samitlərin yuxarı və ya aşağısında işarələrlə fərqlənir və ərəb yazıları sağdan sola yazılır və oxunur. 


Çap


Çində aşkar olunan ilk çap materialları VII-ci əsrə aiddir. Söz və ya bütün səhifə taxta parça üzərində oyulur, daha sonra mürəkkəbə batırılaraq parça üzərində çap olunurdu. Taxta parçası dəfələrlə mürəkkəbə salına və çap oluna bilərdi, lakin hər çap əl ilə edilməli idi. 1045-ci ildə Çin çapçısı Pi Şenq hərəkət edə bilən çap kəşf etdi. Hər bir parça üzərində simvollar oyulmuş və hər bir parça yeni səhifə üçün yenidən qurula bilərdi. Lakin minlərlə simvollarla bu mümkün olmadı.


Çap maşınları necə işləyir?


İlkin əllə idarə olunan çap kimi, hazırda mətbuatda da üzərində əks istiqamətdə və qabarıq şəkildə hərflər oyulmuş, lakin düzgün istiqamətdə çap olunan qəliblərdən istifadə olunurdu. “Mətbəə şrifti” adlanan hərf qəlibləri çərçivəyə salınıb və mürəkkəblə örtülürdü, kağız isə üst hissəsinə sıxılırdı.


Hər gün bütün dünyada milyonlarla qəzet çap olunur. Yaponiyada çap olunan “Yomiuri shimbun” qəzeti dünyada ən böyük oxucusu olan qəzetdir və onların sayı hər gün 10 milyon oxucu üçün hesablanır. 


Dünyada ən məşhur kitablar bestseller adlanır. Bütün zamanların ən çox satılan kitabı 6 milyard satışla İncildir. O, 2000-dən artıq dilə tərcümə olunub. 


Mao Tsedunun sitatları 900 milyon nüsxədə satılıb. Coan Roulinqin “Harri Poter”i bütün dünyada satışı 500 milyon nüsxə miqyasındadır. Antuan de Sent-Ekzüperinin “Balaca Şahzadə” kitabı 80 milyon nüsxədə satılıb. Beatriks potterin “Dovşan Petter və digər əhvalatları” kitabının satışı bütün dünyada 45 milyon nüsxədir.