YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Dünya incəsənəti

İncəsənət bizə insanların tarixi və mədəniyyəti haqqında kifayət qədər böyük bilgi verir. Bununla biz onların gündəlik məşğuliyyətləri, geyimləri, dini baxışları, eləcə də idman və digər bacarıqları barədə məlumatlanmış oluruq. 


Qədim incəsənət 


Qədim Misirdə inşa olunan fironların qəbirlərində böyük miqdarda incəsənət nümunələri aşkar olunub. Bu insanların 4000 il əvvəl necə yaşadıqlarını təsəvvür etməyə imkan verir. 


Asteklərin incəsənəti 


Asteklər XV-ci əsrdə 1519-cu il İspaniyanın hücumuna qədər mövcudluğunu saxlaya bilən qısa müddətli imperiya qurdular. Onlar qızıl, nefrit və firuzədən zərgərlik məmulatları, eləcə də keramika və geometrik nümunələrdən ibarət toxuculuq məmulatları istehsal ediblər. 


Mağara qalereyası


İspaniyanın şimalında Santillana der Mar yaxınlığındakı Altamira mağarasında qalmış Paleolit dövrünə aid divar naxışları 2000 il ərzində az tədqiq edilmişdir. 


Avstraliyanın aborigen əhalisinin mədəniyyəti min illər əvvələ təsadüf edir, müasir incəsənət isə populyarlığı ilə seçilir. İncəsənət “Yuxu zamanı” müqəddəs sayılan inanclarla bağlıdır. 


Terrakotta ordusu


1974-cü ildə aşkar edilmiş və bu günə qədər ən möhtəşəm incəsənət nümunələrindən biri fermerlər tərəfindən müəyyən olundu. Bu saxsıdan hazırlanan Çin döyüşçülərindən ibarət böyük ordu idi. Zaman-zaman arxeoloqlar arxeoloji qazıntılar nəticəsində Çində, eramızdan əvvəl 221-220-ci illdə hökmranlıq edən Qin Huanqin qəbrini qoruyan 8000-dən çox təbii ölçüdə heykəllər üzə çıxardılar. Bu döyüşçülərin bəzilərinin hətta atları da var idi. 


Qədim heykəltaraşlıq: Roma incəsənəti Qədim yunan heykəltaraşlığına böyük təsir göstərib. “Diskatan gənc” məşhur Roma mərmər heykəltaraşlığının nümunəsi orijinal yunan tunc heykəli əsasında yaradılıb. 


Afrika heykəltaraşlığı:  Afrika incəsənəti müxtəlif mədəniyyətlərlə istifadə olunan böyük miqdarda üslub və texnikanı özündə birləşdirir. İnsan heykəlləri qitə boyunca bir-birindən fərqlənir. 


Heykəltaraşlıq


Tarixə qədərki dövrdən insanların qayalar üzərinə rəsmlər oyması mövcud olub. İlkin insanlar dini rəsmlər və ikonalar çəkdikləri halda, Qədim yunanlar daha çox insan obrazlı heykəlləri düzəldirdilər. 


Həyatı təqlid edən incəsənət


Qədim yunanları ideal bədən quruluşunu əks etdirən heykəllər daha çox maraqlandırıdı. Qədim Roma mədəniyyəti yunan incəsənətinin təsirində olsa da, ikincilər üçün daha çox canlı təsvirlər-hər hansı şəxs, xüsusilə də məşhurlardan biri kimi görünən heykəllər maraqlı idi. Onlar hər hansı şəxsin üzünün yaxşı təsvirini onun ruhunu şad edəcəyinə inanırdılar.


Dini incəsənət


İncəsənətin bir çox nümunələri dini səhnələri əks etdiridi. Bunlar dini-tarixi fiqurlar, dini simvollar və ya ənənələr ola bilər. Rəssamlar, adətən, qızıl yarpaqlar və tünd qırmızı rəngdən çox istifadə edirdilər. 


Rus ikonaları: ikonalar dini fiqurların şəkilləri və ya təsvirləridir. Adətən, bizans incəsənəti üslubunda təsvir olunur. 


Cənubi Asiya incəsənəti


Meditasiya üçün, adətən thangkas (naxışlı bannerlər) və mandalas (diaqramlar) istifadə olunur. Onların dini ideyaları ötürmək üçün xüsusi qəlibləri var. 


Təbiətdən gələn rənglər


Boyalar kəşf olunmazdan əvvəl insanlar müxtəlif rəngləri təbiətdən - daşlardan, minerallardan, bitki və böcəklərdən alırdılar. Onlar rəsm çəkmək üçün, adətən, tozu və şirəni yumurta sarısı və ya heyvan yağları ilə qarışdırırdılar.

 

Əsrlər boyu rəssamlar müxtəlif qəribə yollarla mükəmməl rənglər əldə edirdilər.


Ağ- tabaşirdən alınıb


Qara- ağac kömüründən alınıb


Qızılı hind sarısı- manqo yarpaqları yedizdirilən inəyin sidiyindən alınıb


Tünd qırmızı- bəzi hallar dişi həşəratların (Dactylopius coccus) qurudulmuş və əzilmiş qabığından alınıb


Yaşıl- cəfəri çiçəyinin şirəsindən alınıb 


Qəhvəyi- palıd ağacının (Quercus tinctoria) daxili qabığından alınıb


Tünd bənövşəyi- döyülmüş kəndalaş ağacından alınıb 


Tünd qəhvəyi- Kalmar (mürəkkəb) balığı adlanan balığın (sepia officinalis mürəkkəbindən alınıb.)