YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Asiyada həyat

Asiyada böyük zənginlikdən hədsiz yoxsulluğa, müasirlikdən qədim ənənələrə, boş səhralardan izdihamlı şəhərlərə, kiçik miqyaslı kənd təsərrüfatından iri sənaye sahələrinə qədər hər şey var.

 

Asiyada ən çox turist cəlb edən yerlər böyük Çin səddi və Hindistanın Aqra şəhərində yerləşən Tac-Mahaldır. Eyni zamanda, Dubay, minlərlə müasir gözəllikləri ilə alış-veriş mərkəzləri, gecə həyatı və dünyada ən hündür otel kompleksi ilə məşhurdur.

 

Hindistanın ən böyük şəhəri olan Mumbay ölkənin biznes mərkəzi hesab olunur və özünün Ballivud film sənayesi ilə məşhurdur.

 

Fudzi dağı Yaponiyada Tokio yaxınlığıda yerləşən vulkandır. Yaponlar onu müqəddəs dağ hesab edir və Yapon rəsm əsərlərində ona çox tez-tez rast gəlinir.

 

Neft

Dünyanın asan əldə oluna bilən neft hasilatının 80 faizi Orta Şərqin payına düşür və neft pulları bu ölkələrdən bəzilərinin həddən artıq varlı olmasına səbəb olub.

 

İstehsal

Geyim əşyalarından maşınlara qədər qərb ölkələrində satılan məhsulların böyük əksəriyyəti Asiyada istehsal olunur. Qərblə müqayisədə daha ucuz işçi qüvvəsinə görə bir çox iri şirkətlər öz zavod və fabriklərini Asiya ölkələrində yerləşdirirlər.

 

Musiqi və rəqs

Klassik hind rəqsi çox zaman ənənəvi hind şeirləri və nağıllarından ilhamlanır və rəqqasənin hərəkətləri və jestləri müəyyən bir əhvalatı nəql edir.

 

Qida

Düyü Asiyada bir çox insanların qidasını təşkil edir. O, keri və bir çox qızardılmış Çin, Tailand və Hindistan yeməkləri ilə yeyilir.

 

Qitələr boyu insanların həyat tərzi bir-birindən kəskin şəkildə fərqlənir. Asiyalıların böyük bir hissəsi Tokio və Pekin kimi iri şəhərlərdə yaşayır. Digər ərazilərdə isə insanlar, məsələn, bədəvilər yüz illər əvvəl əcdadlarının yaşadıqları kimi yaşayırlar. Onlar hələ də çadırlarda yaşayır və tez-tez bir yerdən digərinə köçə bilirlər.

 

Monqolustanın bəzi yerlərində köçəri fermerlər yurt adlanan ənənəvi keçə çadırlarda yaşayırlar. Yaponiyada insanlar daha çox hündür mərtəbəli binalarda yaşayır.

 

Vəhşi təbiət

Pələnglərə yalnız Qərbi və Cənubi Asiayada rast gəlinir. Pələnglər yaşayış yerləri dağıdıldığından və adətən, dərilərinə görə ovlandıqları üçün nəsli kəsilməkdə olan heyvanlara aiddir.

 

Texnologiya

Yaponiya televizor, musiqi pleyerləri, oyun aparatları, kameralar və digər elektronik avadanlıqların əsas istehsalçısıdır. Hindistan dünyanın ən böyük proqram təminatçısı və digər kompüter xidmətləri istehsalçısıdır.

 

Kənd təsərrüfatı

Asiya əhalisinin təxminən yarısı kənd təsərrüfatı ilə məşğul olurlar və qitənin ən çox istehsal olunan bitkisi düyüdür. Düyü, adətən, rütubətli və subasar şəraiti olan çəltik sahələrində yetişdirilir.

 

Asiya haqqında maraqlı məlumatlar

Himalay dağlarında hündürlüyü 8000 m yüksək olan 14 zirvə yerləşir-dünyada başqa heç bir yerdə bu qədər hündür dağlar yoxdur.

 

İudizm, Xristianlıq, islam, Hinduizm və Buddizm dinləri Asiyada yaranıb. Dünyanın ən dərin gölü-Baykal gölü Rusiyanın ərazisində yerləşir. Onun dərinliyi 1637 m-dir və Şimali Amerikada olan 5 Böyük Göldən daha çox su tutur.

 

Dünyanın bütün aktiv vulkanlarının 10 faizi Yaponiyanın ərazisində yerləşir. Burada olan vulkanlardan 40-ı aktiv, digər 148-i isə sönmüş haldadır.

 

Hindistanın dəmiryol sistemi ən çox adamın cəlb olunduğu sahədir, burada 1,6 milyon işçi çalışır.