YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Bayramlar

Bayramlar ictimai, dini və ailə həyatının ayrılmaz tərkib hissəsidir. Onlar insanları bir yerə toplamaq və  ümumiyyətlə, zövq almaq imkanı verir.


Çin təqvimi: Çin təqvimində hər bir il Çin zodiakının 12 heyvanın- siçovul, öküz, pələng, dovşan, əjdaha, ilan, it, keçi, meymun, xoruz, it və donuzun, adı ilə əlaqələndirilir. 


Çin yeni ili, Çində və dünya icmalarında qeyd olunur. Bu, adətən, yanvar-fevral aylarına təsadüf edən yeni ilin ilk günü yeni Ayın çıxması ilə başlayır və 15 gün sonra Ay tamamlananda başa çatır. Bu vaxt hər kəs pəncərəsindən fənər asır və küçələrdə əjdaha rəqsləri edilir. Ailələr bayramlarını xüsusi yeməklər və əcdadlarını yad etməklə qeyd edirlər. Bayram zamanı xoşbəxtliyi simvolizə edən qırmızı paltar geyinirlər. Bu bayramda yeni başlanğıclar və yeni məhsul əkini qeyd olunur. 


Böyük pəhriz xristianlıqda 40 gün və 40 gecə davam edən dini bayramdır. Ənənəvi olaraq onlar bu müddət ərzində İsa Məsihin 40 gün çöllük səhrada qalmasını xatırlayaraq oruc tutur və dualar oxuyurlar.


Divali Hindistanda induslar tərəfindən  və bütün dünyada qeyd olunur. Bu bayram Asvian-oktyabr və Kartika-noyabr aylarında qeyd edilir. Divali işıqlar bayramıdır. İnsanlar kiçik lampalar-diyalar yandırır, evinin və bağçasının ətrafına qoyurlar. Onlar bir-birinə şirniyyat verir və atəşfəşanlıq edirlər. 


Bu bayramda Lord Ramın sürgündən geri dönüşü və taxta çıxması qeyd olunur. Əfsanələrə görə insanlar lampa yandıraraq qaranlıqda ona yol göstərirlər. Lampa eyni zamanda “daxili işıq” və ya insanın daxilində ürəyi ifadə edir.

 
Ailə bayramları 


Ailə insan həyatının ən əhəmiyyətli tərkib hissələrindən biridir və bütün dünyada ailələr müxtəlif hadisələri, məsələn, ad günü, toylar və ya yeni uşağın doğulmasını qeyd etmək üçün bir araya gəlirlər. 


Rio Karnavalı- Rio de Janeyro, Braziliyada qeyd edilir. Karnaval Böyük Pəhrizin başlanmasından bir az əvvəl, fevral ayında dörd gecə davam edir. Bu zaman hər kəs karnaval geyimində küçəyə çıxaraq rəqs edir və ya böyük dəstələrlə gəzirlər. Karnavalın ən maraqlı hissəsi samba məktəbləri arasında yarış və möhtəşəm samba paltarında yürüşdür. Bu karnavalda Böyük Pəhrizdən öncəki əyləncə qeyd olunur. 


Avstriya, Almaniya, Elzas-Fransa və İsveçrənin bir hissəsi Kül Çərşənbəsindən bir gün əvvəl- Böyük Pəhrizdən öncəki son cümə axşamı karnavallar qeyd edirlər. Bu zaman ailələr böyük ziyafətlər üçün bir yerə toplanır və bir çox ərazilərdə yazı qarşılamaq üçün yürüşlər edilir. Şəhərin tanınmış insanları karnaval zamanı şahzadələr və ya kəndli paltarına, digərləri isə təlxək geyimlərində cadugər və meyvələrə qədər müxtəlif libaslara bürünürlər. Bu, Böyük Pəhriz üçün fədakarlıqdan əvvəl bayram zamanıdır və xristianlıqdan əvvəlki zamanlarda, qışın pis ruhunu içindən atmaq və yazı, yaxşı məhsulu həvəsləndirməyin yollarından biri idi. 


Şükran günü ABŞ-da noyabr ayının dördüncü cümə axşamı qeyd edilir. Ailələr, adətən, ziyafət üçün bir yerə toplanır və ənənəvi olaraq içi doldurulmuş hind toyuğu və balqabaq piroqu yeyirlər. Şükran günü ABŞ-da qeyd olunur.

 

İnsanlar 1621-ci ildə ilkin Avropalıların təşkil etdiyi uğurlu məhsul yığımını qeyd edirlər. Amerika hindliləri yeni sakinlərə məhsul toplamaq, balıqçılıq və ovçuluqla Yer kürəsində olan məhsulları bölüşməyi öyrətdilər.


Hər il 1 və ya 2 noyabrda Meksikada Ölülər günü qeyd olunur. İnsanlar evlərində vəfat etmiş yaxınlarının əşyaları və şəkillərindən mehrab qurur və sevdiklərini bu yolla evə çağırırlar.


Vəfat etmiş, lakin hələ də xatirələrdə qalan yaxınlar yad olunur. İnsanlar ölülər günündə həmin şəxslərin ruhlarının canlılar ziyarət etməsinin asan olduğuna inanırlar. 


Milad bayramı Şimali Amerika, Avropa , Avstraliya və bütün dünyada dekabr ayının 25-də xristianlar tərəfindən qeyd olunur. Bu bayramda ailələr kilsəyə getmək, bir-birinə hədiyyələr etmək və ənənəvi yeməklər, qızardılmış hind toyuğu və panettone yemək üçün bir araya gəlirlər. Milad bayramında İsa Məsihin doğum günü qeyd edilir.

 

Qış karnavalı Kvebek, Kanadda yanvar ayının son həftəsonunda fevralın ortalarına qədər qeyd olunur. Bu dünyada ən böyük qış karnavalı hesab edilir. İnsanlar bir yerə toplaşaraq gecə nümayişləri , konsertlər və qış heykəltaraşlıq yarışlarından zövq alırlar. Bu karnavalda, Böyük Pəhrizdən əvvəl bir yerə toplaşaraq yeyib-içmək və əylənmək təşkil olunur.


Hellouin- ABŞ, Kanada və Avropada oktyabr ayının 31-də qeyd edilən bayramdır. Uşaqlar adətən cadugər qadın və ya skelet formasında paltarlar geyinirlər. Bayram zamanı balqabaqlar oyulur və içərisinə yanan şam qoyulur. Helloin keltlərin qışdan əvvəl tonqal qalaması kimi bütpərəstlik adətlərindən yaransa da, sonradan Müqəddəslər Günü bayramından öncəki gecə anlamına gəlməyə başladı.