YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Avropada həyat

Avropanın ərazisi Amerika Birləşmiş Ştatlarının ərazisindən nisbətən böyükdür, lakin burada yaşayan əhalinin sayı ABŞ-dakından iki dəfə çoxdur. Həmçinin Avropada yerləşən ölkələrin sayı çoxdur-50-yə qədər ölkə bu kiçik qitədə toplaşıb. 


Avropa İttifaqı


Avropa İttifaqı 27 dövləti birləşdirən dövlətlərarası iqtisadi və siyasi təşkilatdır. Bu həm də insanların, malların və pulun bu dövlətlər arasında sərbəst hərəkət edə bilməsi deməkdir. İttifaqa daxil olan 16 dövlətin pul vahidi eynidir-avro. Avropa İttifaqının öz parlamenti, ədalət məhkəməsi və mərkəzi bankı var.


Avropa İttifaqının bayrağın üzərindəki ulduzların dairəsi birlik ölkələri arasında ittifaqı ifadə edir. 


Qida


Pasta, pizza, kruasan, qulyaj, profetrol Avropada yaranan və bütün dünyada məşhur olan yeməklərin yalnız bir neçəsidir. 


İdman


Fulbol, tennis, qolf, kriket,reqbi Avropada kəşf olunduğuna baxmayaraq, bütün dünyada oynanılır. Reqbi, məsələn, XIX-cu əsrdə böyük Britaniya məktəblərində təşəkkül tapan fulbol növüdür. 


Zənginlik


Bütün Avropa dövlətlərində həyat səviyyəsi yüksəkdir və hətta kasıb təbəqə inkişaf etməkdə olan ölkələrə nisbətən daha yaxşı yaşayır. Dünya Bankının statistik məlumatlarına əsasən, dünyanın ən zəngin 3 dövləti-Lüksemburq, Norveç və İsveçrə Avropada yerləşir.


Musiqi


Avropa opera, klassik musiqi və müasir orkestr musiqisinin beşiyidir. Bu musiqi janrları çoxunun nəhəng binalar olduğu musiqi zalları və ya opera binalarında ifa olunur. Avropanın məşhur bəstəkarlarına Mosart, Haydn, Bax, Betxoven, Verdi və Puççini aiddir.


İzdihamlı qitə


Avropa sıx məskunlaşıb. Ümumilikdə Avropada hər kvadrat kilometrə düşən əhalinin sayı 70 nəfər, Şimali Amerikada isə bu hər kvadrat kilometr üçün cəmi 23 nəfərdir. Avropa əhalisinin dörddə üçü şəhərlərdə yaşayır. 


Turizm


Fransa 2007-ci ildə 82 milyon ziyarətçi ilə dünyada ən çox turistin səyahət etdiyi ölkələr sırasındadır. Turistlər Avropaya tarixi binaları və şəhərləri görmək, eləcə də Aralıq dənizi sahilində dincəlmək üçün gedirlər. 


Kambord qəsri Fransanın Lorrein vadisində yerləşən 300 möhtəşəm qəsrlərlədən biridir. Stounhenç Britaniyadakı Solsberi çölündə qədim zamanlarda tikilən və yerə bərkidilən daşların yığımından ibarət kompleksdir. 


Avropa haqqında maraqlı məlumatlar


Dunay çayı 10 Avropa dövlətinin və dörd paytaxt şəhərinin (Vyana, Bratislava, Budapeşt və Belqradın) ərazisindən keçir. 


Avropanın əhalisi azalır. Hər qadına düşən doğumun sayı Avropada 1.52-dir. Hesablamalara görə, 2050-ci ildə avropalılar dünya əhalisinin yalnız 7 faizini (hazırda 11 faiz) təşkil edəcəklər.


Avropa Yunan mifoloji qəhrəmanı “Avropa”nın şərəfinə adlandırılıb. O özünü ağ öküz kimi qələmə verən Zevs tərəfinədən oğurlanmış şəhzadə olub. 


İsveçlilər bütün digər xalqlarla müqayisədə daha çox şokolad yeyirlər. Hər bir isveçli ilərzində orta hesabla 11,6 kq şokolad yeyir.


Avropada 3 ən kiçik ölkə- San Marino (25000 sakin), Vatikan şəhər (900 sakin) və Monako (30000 sakin) yerləşir. Vatikan şəhər-dövlətinin ərazisi cəmi 0,44 kv.km-dir.