YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Edison Tomas Alva

 Thomas Alva Edison 
 
Amerikalı ixtiraçı və sahibkar
 
1847-ci il fevralın 11-də Amerika Birləşmiş Ştatlarının Ohayo ştatının Maylan şəhərində anadan olub.
 
Fizika və kimya elminə dair ilk bilikləri anasından öyrənib və 1876-cı ildə tədqiqat xarakterli ilk laboratoriya açıb.
 
1882-ci ildə Edisonun rəhbərliyi ilə sənaye və ictimai məqsədlər üçün istifadə olunan ilk elektrik stansiyası qurulub.
 
Zəhmətkeşliyi və məqsədyönlülüyü ilə fərqlənən Edison elektrik lampasının teli üçün material axtararkən 6 min sınaq keçirib, laboratoriyada 45 saat fasiləsiz işləyib.
 
1931-ci ildə Nyu-Cersi ştatının Vest Oranj şəhərində vəfat edib.
 
Amerika Birləşmiş Ştatlarında onun adına 1098, xaricdə isə 3000 patent mövcuddur. Edison, teleqrafı, telefonu, elektrik lampasını ixtira edərək sənaye üsulu ilə istehsalını həyata keçirib.