YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Afrikada həyat

Dünyanın ən uzun çayının və böyük səhrasının yerləşdiyi, ən qədim turist məkanlarından biri və planetdəki ən kəskin vəhşi təbiəti ilə Afrika materiki məftunediciliyi ilə fərqlənir. 


Afrika materiki başı qarlı dağlardan boş səhralara qədər landşaft müxtəlifliyinə malikdir. Şimali Afrika daha çox səhralardan ibarət olsa da, cənubda savanna adlanan otlu çöllər və s;x tropik meşələr yerləşir. 


Afrikada ən hündür nöqtə 5895m hündürlükdə Tanzaniyadakı Klimancaro zirvəsidir və bu dağın zirvəsi həmişə qarla örtülü olur.


Viktoriya gölü Afrikada ən böyük göl və dünyada ən böyük ikinci şirinsulu göldür. 


Ənənəvi Afrika kəndləri


Afrikalıların əksəriyyəti şəhər kənarlarında, adətən, kiçik kəndlərdə yaşayır. Evlər adətən palçıqdan hazırlanır və insanlar elektrik enerjisi olmadan ibtidai həyat sürürlər. Əksər afrikalılar kənd təsərrüfatı və ya maldarlıqla dolanırlar. 


Yalnız 5 afrikalıdan biri Keniyanın paytaxtı Nayrobi kimi böyük şəhərlərdə yaşayır. 


Afrika əhalisinin təxminən 60 faizi kənd təsərrüfatı işçiləridir, onlar özlərinə məxsus torpaqlarda arpa, maniok, buğda, kalış və şirin kartof kimi bitkilər becərərək ailələrini saxlayırlar. Bir çox ailələr, həmçinin “nağd məhsul” hesab olunan kofe də becərir ki, onu sataraq pula çevirirlər. Böyük fermerlər isə satış üçün pambıq, kakao və kauçuk kimi nəğd məhsullar yetişdirirlər. 


Afrikanın bəzi ərazilərində elektrik enerjisi olmadığından suyu külək nasosları ilə yerin altından çəkirlər.


Qida


Afrika mətbəxinin əsas hissəsi yerli fermalarda yetişdirilən müxtəlif bitkilər-qarğıdalı, maniok, düyü paxla ilə yanaşı müxtəlif yaşıl tərəvəzlərdən ibarətdir. Qərbi Afrikada məşhur olan yemək düyü Collof-dur. Bu yemək düyü, pomidor, soğan, bibər və müxtəlif ədviyyatlardan hazırlanır və adətən, qızardılmış ət və və ya balıqla yeyilir.


Vəhşi təbiət


Afrika zebr, zürafə, aslan və digər böyük heyvanları ilə məşhurdur. Lakin eyni zamanda 500-ə qədər müxtəlif balıq növləri Malavi gölü və Cənubi Afrikada pinqvin koloniyaları yaşayır. 


Sənaye


Afrikanın əsas sənaye sahələri qızıl, almaz və mis çıxarılması, eləcə də neft istehsalıdır. Ən böyük neft istehsalçıları Nigeriya və Liviyadır. 


Hər il təxminən 33 milyon insan Misirdəki Afrikanın ən möhtəşəm turizm məkanları - Ciza ehramlarına baxmaq üçün bura gəlir. Həmçinin, çox sayda insan Afrikanın vəhşi təbiətini görmək üçün qitəyə axın edir. 


Bütün almazların təxminən yarısı Afrikadan, xüsusilə Cənubi Afrika və Botsvanadan gəlir. Bu günə qədər çıxarılan ən böyük almaz Cullinan 1905-ci ildə Cənubi Afrikada tapılıb. 


Musiqi


Afrika musiqilərinin qarışıq ritmləri müxtəlif təbil növlərində səsləndirilir. Afrika musiqiçiləri, eyni zamanda fleyta, ksilofon, simli alətlərdə də ifa edirlər. 


Mbira-Afrika musiqi aləti taxta lövhə üzərinə quraşdırılmış metal açarlardan ibarətdir. İfaçı açarları barmaqları ilə dartır. 

 

Afrika haqqında maraqlı məlumatlar


Dünyanın ən çətin yarışlarından biri hər il Mərakeşdə keçirilən “Marathon des Sables”dir (Qumların yarışı). Yarışçılar səhrada 254 km (156 mil) məsafəni altı gün ərzində qaçırlar. 


Afrikada moskit - ağcaqanadların sancması nəticəsində yayılan malyariya xəstəliyindən çox sayda insan dünyasını dəyişir.


Çoxlu sayda Afrikalı uşaq hüququndan məhrumdur. Məsələn, Qərbi Afrikada, Malidə hər üç uşaqdan yalnız birinin ibtidai sinfə getmək imkanı olur. 


Nil çayı 6695 km uzunluqda dünyada ən uzun çaydır və şimala doğru axaraq  Afrika ölkəsinin ərazisindən keçir. 


Dünyada ən sürətli beş quru heyvanı haçabuynuz, gepard, antilop, qnu, aslan və Tomson ceyranıdır ki, bunlardan dördü Afrikada yaşayır. Haçabuynuzun vətəni isə Şimali Amerikadır.


Məşhur afrikalılar


Nelson Mandela (1918-2013) keçmiş siyasi məhbus və Cənubi Afrikanın 1994-cü ildə ilk dəfə demokratik seçki yolu ilə seçilmiş prezidenti


Kofi Annan (1938-ci ildə anadan olub) Birləşmiş Millətlər Təşkilatının katibi (1997-2007) və 2001-ci ildən Nobel sülh mükafatı laureatı


Desmond Tutu (1931-ci ildə anadan olub) Cənubi Afrika Respublikası Keyptaun şəhərinin keçmiş baş yepiskopu və irqi ayri-seçkiliyə qarşı mübarizə aparan şəxslərdən biri


Haile Gebreselassie (1973-cü ildə anadan olub) Efiopiyalı atlet uzun məsafəyə qaçışda bir neçə dəfə dünya rekordunu təzələyib.