YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Əbu Bəkr əs Siddik

Əbu Bəkr əs Siddik Abdullah ibn Usman əl Qureyşi
 
Müsəlman icmasının ruhani və dünyəvi başçısı, Ərəb xilafətinin birinci əmiri, Məhəmmədin (s.a.s.) üçüncü zövcəsi Aişənin atası
 
572-ci ildə, Fil hadisəsindən təqribən 2-3 il sonra Bəni-Teym qəbiləsində, Usman bin Əmirin ailəsində anadan olub. Məkkəlilər arasında böyük nüfuz və hörmət sahibi idi. Həzrəti Məhəmməd (s.a.s.) ailəsindən sonra ilk olaraq Əbu Bəkri islamiyyətə dəvət etmiş və o da heç tərəddüd etmədən iman edərək Müsəlman olmuşdu. Həzrəti Osman ibn Affan, Əbdürrəhman ibni Avf, Talha ibn Ubeydullah, Səd ibn Əbu Vakkas, Zübeyr ibn Avvam, Əbi Ubeydə ibn Cərrah, Said ibn Zeyd, Habbab ibn Ərət, Abdullah ibn Məsud, Osman ibn Mazun və başqaları Əbu Bəkrin sayəsində İslamı qəbul etmişdilər.
 
Varlı tacir olan Əbu Bəkr Məkkədəki islam icmasına maddi dəstək göstərir, çox sayda müsəlman qulları alıb azad edir. Hicrət zamanı Peyğəmbəri (s.a.s.) müşayiət edərək Məkkə ətrafındakı sonralar məşhur olan mağarada gizlənir.
 
Məhəmməd (s.a.s.) peyğəmbərin bütün hərb səfərlərində iştirak edir, Təbuk döyüşündə bayraqdar olur.
 
Peyğəmbərin (s.a.s.) vəfatından sonra mühacir və ənsarlar tərəfindən xəlifə seçilir. İraq və Suriya onun xilafəti dövründə fəth olunmuşdu.
 
Əbu Bəkr 634-cü il avqustun 23-də vəfat edib. Mədinə şəhərində Məhəmməd (s.a.s.) Peyğəmbərin məzarı yanında dəfn olunub.