YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Mikroorqanizmlər

Bəzi canlıları, fili və ya palıd ağacını yaxınlıqda olduğuna görə görməmək mümkün deyil, lakin digərlərini isə hiss etmək daha çətindir. Mikroorqanizmlərin havada, quruda, suda və hətta insan orqanizmində yaşayan minlərlə növləri var. 


Suda nələr var?


Balıqlar və digər su canlıları ilə yanaşı, bizim okeanlarımız, çaylarımız və göllərimiz axınla hərəkət edən plankton-mikroorqanizmlərlə zəngindir. Planktonlara kiçik heyvanlar (zooplankton) və bitkişəkillilər (fitoplanktonlar) daxildir.

 

Bir çox canlılar planktonlarla qidalanır və bu yolla bütün ekosistem üçün önəmli rol oynayır. 


Yosun planktonların əksəriyyəti yosunlardan təşkil olunub. Bir çox yosunlar, məsələn, diatom yosun da yalnız bir hüceyrədən ibarətdir. 


Kril planktonlarla qidalanan kiçik xərçəngkimilərdir. Balinalar da daxil olmaqla, nəhəng məməlilərin krillə qidalanması onları qida zəncirinin mərkəzinə çevirir. 


Birhüceyrəli yosunlar protistlər adlanan orqanizmlər qrupuna daxildir. Bitkilər kimi onlar da fotosintez prosesi nəticəsində günəş enerjisindən qida maddələri hazırlayırlar. 


Yosun çiçəkləri təbiətin tarazlıqdan kənar olmasına bir işarədir. Çiçəklər günəş işığının qarşısını alır, qida maddələrindən istifadə edir, digər bitki və heyvanları aclıqdan öldürür və ya zəhərləyir. 


Bəzi yosunlar biolüminasiyalıdır, yəni onlara toxunduqda işıq saçırlar. Noctilica yosunları dənizdə möhtəşəm yaşıl işıq saçırlar.


Noctiluca yosunu həm də “qırmızı qabarmalar”ın səbəbkarıdır. Onlar, adətən, yağış suları və ya gübrələnmə nəticəsində əmələ gəlirlər. Bu yolla inkişaf edən yosunlar digər canlıları öldürə bilirlər.


Bakteriya


Bakteriyalar Yer kürəsində həyatın əsas hissəsini təşkil edirlər. Bəziləri torpaqda yaşayır və bitkilərin böyüməsi üçün qida maddələri hazırlayır ki, onlar olmadan qida zənciri məhv ola bilər. Digər növlər insan bağırsağında yaşayır və qidanın həzminə kömək edir. Lakin bakteriyalar həm də zərərli ola, insanlar, heyvanlar və bitkilər üçün qorxulu xəstəliklərə səbəb ola bilərlər.


1862-ci ildə fransalı alim Luis paster bakteriyaları müəyyən dərəcəyə qədər qızdırmaqla öldürmə üsulunu kəşf etdi. Pasterizasiya adlanan bu üsul bu gün də tətbiq olunmaqdadır. 


Qüvvətli pensilin


Əgər siz xəstəsinizsə, həkiminiz sizə pensilin məsləhət görə bilər. Bu antibiotik-bakteriyaları öldürən dərmandır. 1928-ci ildə alim Aleksandr Fleminq üzərində kif olan bakteriya tapdı və müəyyən etdi ki kif böyüdükcə bakteriyalar ölür. Bu kəşflə fleminq pensilini üzə çıxardı. 


Bir çox heyvanlar həyatlarını mikroskopik sürfə kimi başlayırlar. Krab sürfələri müəyyən bir yerdə yerləşirlər ki, burada kiçik krablar yetkin heyvana çevrilir.


Kiçik əjdahalar


Gənələr və qurdlar hörümçəklərin və hörümçəkkimilərin aid olduğu onurğasızlar sinfinə aiddir. Bu parazitlər digər heyvan və bitkilər üzərində yaşayır və onlarla qidalanırlar. Bəziləri məhsulu məhv etdiyi halda, digərləri xəstəlikləri yayırlar.


Gənələrin və qurdların 30000-ə qədər növü var və onların çoxunun uzunluğu 1 mm-dən azdır. Onlar un və ya pendir kimi saxlanılan qida maddələrində, heyvan piyində, eləcə də dəri, saç və ya xəzdə ola bilir. Gənələr bitkilər və ya yaşadıqları heyvanların dərisində, eyni zamanda qanında olan qida maddələri ilə qidalanırlar. 


Kirpik gənəsi


Siz onları görməyə və ya hiss etməyə bilərsiniz, lakin sizin üzünüzdə yaşayan 0,2 mm ölçülü gənələr Demodex folliculorum adlanır. Onlar kirpiklərə doğru qalxaraq kirpik dibində yaşayan ölü dəri hüceyrələrlə qidalanır, lakin narahat olmayın, onlar ziyansızdır.


Ev tozu gənəsi iynənin ucunda yaşaya bilir. Bu kiçik canlılar ev tozunda olan ölü dəri və saç hissələri ilə qidalanırlar.