YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qonur və qırmızı yosunlar

Qonur yosunlar. Tallomu sarımtıl-qonur rənglidir. Tallomunun qonur rəngli olmasının səbəbi hüceyrələrinin xromatoforunda yaşıl piqment olan xlorofillə yanaşı narıncı, sarı və qonur piqmentlərin də olmasıdır. Laminariya (“dəniz kələmi”) – qonur yosunların geniş yayılmış nümayəndəsidir. Tallomu lentşəkilli olub rizoidlər vasitəsilə suyun dibinə yapışır.

 

Qırmızı yosunlar. Qonur yosunlardan fərqli olaraq, qırmızı yosunların hüceyrələrində xlorofildən başqa qırmızı və göy piqmentlərə də rast gəlinir. Tallomun rəngi piqmentlərin nisbətindən asılıdır. Qırmızı piqmentin suyun dərin qatlarına keçən işıq şüalarını qəbul etmək qabiliyyəti bu yosunlara 200 m və daha dərinlikdə yaşamalarına imkan verir. Dərinlik artdıqca tallom daha da qırmızı olur. Porfira – qırmızı yosunların geniş yayılmış nümayəndələrindəndir.

 

Yosunlar sudan karbon qazını udaraq suyu oksigenlə zənginləşdirir və suda yaşayan orqanizmlərin tənəffüsünü təmin edir. Onlar bəzi balıqların və su heyvanlarının qidasını təşkil edir. İnsanlar qida kimi laminariyadan, ulvadan və porfiradan istifadə edirlər. Yosunlardan sənayedə yod, kalium duzları, sellüloza, spirt, sirkə turşusu və digər məhsullar istehsal olunur.

 

Qırmızı və qonur yosunlardan alınan aqar-aqar maddəsindən isə qənnadı sənayesində, mikrobiologiyada istifadə edilir. Bəzi yosunlardan təbabətdə dərman kimi, məsələn, laminariya yosunundan sarılıq, raxit və s. xəstəliklərin müalicəsində istifadə olunur.