YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Şahtaxtinskaya Elmira

XX əsrin görkəmli xanım rəssamı Elmira Şahtaxtinskaya Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra təsviri sənət sahəsində biliklərini dərinləşdirmək üçün Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbində və V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunda təhsil almışdır.

 

Onun əsərləri arasında Azərbaycanın elm, ədəbiyyat və incəsənət xadimlərinin portretləri xüsusi yer tutur. 1970-ci illər yaradıcı fəaliyyətinə aid olan bu portretlər “Azərbaycan qədim mədəniyyət diyarıdır” plakatlar silsiləsinə daxildir. Həmin portretlərdə Elmira xanım onların fiziki görkəmiylə yanaşı, mənəvi aləmini də tabloya dəqiqliklə işləmiş, onların yaradıcı mövqeylərini tabloda əks etdirə bilmişdi. Portretlərdəki yaradıcı şəxslərin baxışlarındakı dərin və mənalı ifadə eyni zamanda onların yaradıcı ruhunu açıqca ifadə edir.

 

Həmin portretlərdə Elmira xanım onların fiziki görkəmiylə yanaşı, mənəvi aləmini də tabloya dəqiqliklə işləmiş, onların yaradıcı mövqeylərini tabloda əks etdirə bilmişdi. Portretlərdəki yaradıcı şəxslərin baxışlarındakı dərin və mənalı ifadə eyni zamanda onların yaradıcı ruhunu açıqca ifadə edir.


Elmira xanımın 1957-ci ildə Moskva şəhərində, 1967-ci ildə isə Kaunas şəhərində fərdi sərgisi nümayiş etdirilmişdir. O, “Şərəf Nişanı” ordeni ilə təltif edilərək, əməkdar incəsənət xadimi, Azərbaycanın xalq rəssamı adına layiq görülərək yaradıcı fəaliyyəti yüksək dərəcədə qiymətləndirilmişdir. Görkəmli rəssam 1996-cı ildə Moskva şəhərində həyata göz yummuşdur və Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.