YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Jenşen

Panax ginseng
 
Dərman bitkisi
 
Yabanı halda Koreyada, Çində, Mançjuriyada, həmçinin Rusiyanın Xabarovsk və Primorsk vilayətlərində yayılıb. Əsasən enliyarpaqlı kedr, bəzən küknar qarışıq palıd meşələrində bitir. Günəş şüalarına qarşı davamsız olduğundan ona heç vaxt açıq ərazilərdə rast gəlinmir.
 
Kökünün eni 3 santimetr, uzunluğu isə 60 santimetrdən çox olur. 75 faizə qədər sudan təşkil olunmuş kökü, çox ətirli olur, kəsikdə sarımtıl-boz rəngə çalır. 
 
Bitkinin yerüstü hissəsi adətən tək, az hallarda bir neçə düz, nazik, silindrik, yaşıl və ya qonur-qırmızı rəngli, içərisi boş zoğlardan ibarətdir. Cavan bitkidə 1-2, yaşlı bitkidə isə 4-5, nadir hallarda 7 yarpaq olur. Meyvəsi al qırmızı rəngə çalır.
 
Jenşen iyulda çiçəkləyir, meyvələri avqust-sentyabrda yetişir. Yalnız toxumla çoxalır. Payızda əkilən toxumlar 18-22 aydan, bəziləri hətta 3-4 ildən sonra cücərir. Jenşen bitkisi 150 il yaşayır. 
 
Tibbdə əsasən Jenşenin kökündən istifadə olunur. O, hipertoniya, yorğunluq, nevrasteniya zamanı əhval-ruhiyyəni yüksəldir.
 
Fiziki və zehni yorğunluq, iş qabiliyyətinin azalması, nevroz, nevrasteniya, yuxusuzluq, miqren, ürək-damar sisteminin funksional pozğunluqları, qaraciyər, böyrək, mədə-bağırsaq, ağciyər xəstəlikləri, revmatizm, şəkərli diabet, zəiflik, həmçinin ağır infeksion xəstəliklərin müalicəsinə müsbət təsir göstərir.
 
Şərq təbabətində onun istifadəsinin 4-5 min illik tarixi var. Əhali arasında ona “həyat kökü”, “dünyanın möcüzəsi”, “ölməzlik zərbəsi” kimi adlar verilib.