YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Jukov Georgi Konstantinoviç

Георгий Константинович Жуков
 
Rus sərkərdəsi, Sovet İttifaqı Marşalı, dörd dəfə Sovet İttifaqı Qəhrəmanı
 
1896-cı il noyabrın 19-da (dekabrın 1-i) Rusiyanın Kalujsk vilayətinin Strelkova kəndində anadan olub. İlk təhsilini kilsə məktəbində alıb. 1915-ci ildə orduya çağırılıb, I Dünya Müharibəsi zamanı 1916-cı ilin avqustunda Cənub-qərb cəbhəsinə 10-cu Novqorod draqun polkuna göndərilib. Alman zabitini əsir götürdüyünə görə 4-cü dərəcəli Georgi xaçına layiq görülüb.
 
1918-ci ilin avqustundan Qızıl ordu sıralarında Rusiyada vətəndaş müharibəsində iştirak edib. Ural kazaklarına, Denikin və Vrangelin ordusuna qarşı döyüşüb. 
 
1921-ci ildə Tambovşinada kəndli üsyanının, bir il sonra Antonov üsyanının yatırılmasında iştirak edib. 
 
1939-cu ildə sovet-yapon cəbhəsinə göndərilən Jukovun rəhbərlik etdiyi korpus Xalxin-Qolda Yapon ordusunu məğlub edir. Bu əməliyyata görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür.
 
1941-ci ilin yanvar-iyul aylarında SSRİ Ali Qərargah rəisi, Xalq Müdafiə komissarının müavini vəzifələrində işləyir.
 
Müharibə dövründə ilk dəfə Jukova Sovet İttifaqı Marşalı (1943 yanvar) rütbəsi verilir. Onun rəhbərliyi altında Leninqradın uğurlu müdafiəsi təşkil olunur, feldmarşal Fon Bokun "Mərkəz" hərbi hissələri Moskva ətrafındakı döyüşlərdə darmadağın edilir.
 
Sonralar Jukov, Leninqrad blokadasının yarılmasına, Kursk əməliyyatına Ukraynanın və Varşavanın azad olunmasına, "Baqration", "Visla-Oder", nəhayət 1945-ci il mayın 8-də "Berlin" əməliyyatlarına rəhbərlik edir və bütün bu mühüm əməliyyatlarda zəfər qazanır. Almaniyanın qeyri-şərtsiz təslim olması aktını feldmarşal Vilhelm fon Keyteldən məhz Jukov qəbul edir.
 
1945-ci il iyunun 24-də Moskvada, Qırmızı Meydanda keçirilən təntənəli Qələbə paradına, 1954-cü ildə nüvə silahının poliqonda sınağına rəhbərlik edən Jukov 1955-ci ildə SSRİ müdafiə naziri təyin olunur. 1957-ci ildə təqaüdə çıxır.
 
İnfarkt keçirən Georgi Jukov 1974-cü il iyunun 18-də Kreml xəstəxanasında dünyasını dəyişir. Nəşi krematoriyada yandırılır, külü kreml divarlarında basdırılır.
 
Dörd dəfə Sovet İttifaqı qəhrəmanı adı keçmiş SSRİ-də yalnız iki nəfərə - Leonid İliç Brejnevə və Georgi Konstantinoviç Jukova verilmişdi.