YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Balıq növləri

Mavi ləkəli skat-Teaniura lymma


Bu balıqların uzunluğu 70 sm, quyruq da daxil olmaqla 2 m-ə qədər, çəkisi isə 30 kq-a qədərdir. Dərinliyi 20 m-ə qədər olan dayaz sularda yaşayan bu balıqların məskəni Hind okeanı, Sakit okeanın qərbi və Qırmızı dəniz hesab olunur. Bu nisbətən geniş yayılmış balıqlar tropik sahillərdə və qayalıqlarda yaşayır. Əsasən, mavi ləkəli skatlar molyusklar və dənizin torpaq qatında gizlənən xərçəngkimilərlə qidalanır. Onlar bədənlərinə disk formasını verən geniş dalğaşəkilli qarın üzgəcləri ilə suda hərəkət edir və uzun quyruqlarında olan iynəni müdafiə üçün istifadə edirlər. 


Təlxək balıq-Amphiprion ocellaris


Uzunluğu 8-11 sm olan bu balıqlar Cənub-Şərqi Asiya və Şimali Avstraliya sahillərindəki dənizlərdə yaşayır. Bu parlaq rəngli kiçik balıqlar mərcan riflərinin yaratdığı dayaz su hövzələrində yaşayırlar. Onlar digər balıqların qorxduğu anemonların tikanları arasında gizlənərək yırtıcılardan qorunurlar. Heç kim onların anemonların tikanlarından necə qorunduğunu bilmir. Təlxək balıq erkək kimi həyata başlayır, müəyyən yaşa çatdıqda dişiyə çevrilir. 


Afrika ikitənəffüslüləri-Protopterus annectens 


Uzunluğu 2 m-ə, çəkisi 17 kq-a qədər olan bu balıqların məskəni Şərqi və Mərkəzi Afrika hesab olunur. İkitənəffüslülər, adətən, quraqlıq mövsümlərində tamamilə quruyan bataqlıqlarda və sakit çayların arxa sularında yaşayırlar. Bu baş verdikdə onlar palçıq baramalarında bir ilə qədər yaşaya bilir və primitiv ağciyərləri ilə tənəffüs edərək, növbəti yağış mövsümünə qədər sağ qala bilirlər.


Common fangtooth-Anoplogaster cornuta


Uzunluğu 15-18 sm, çəkisi isə dəqiq bilinmir. Məskənləri dünya okeanları sayılan bu balıqlar həm də adamyeyən balıq kimi tanınır və adətən, böyük dərinlikdə yaşayırlar. O, ovlarını adətən, digər balıqları yan orqanları-bədəninin kənar tərəflərində olan təzyiq və hissi hüceyrələri ilə suda vibrasiyasını tutur. 


Fuqu balığı Diodon sp.


Uzunluğu 90 sm, çəkisi dəqiq bilinməyən bu balığın məskəni Atlantik okeanının tropik və subtropik sahilləri, Sakit və Hind okeanları hesab olunur. 


Təhlükə hiss etdikdə bu balıqlar bədənlərini tikanlı top şəklinə salır ki, bu da onun yırtıcılar tərəfindən udulmasını mümkünsüz edir. Lakin hətta nəhəng yırtıcılarda bu balıqları yemir, çünki həm fuqu balığının iyrənc dadı var, həm də onların bəziləri zəhərlidir. 


Piranya balığı-Pygocentrus nattereri


Uzunluğu 33 sm, çəkisi 1 kq, məskəni isə Cənubi Amerika hesab olunur. Güclü dişləməsinə və günahkar iti dişlərinə görə məşhur olan bu qəddar şirin su balıqları böyük dəstələrdə yaşayırlar. Onlar, adətən, balıqlar və su onurğasızları ilə qidalansalar da, digər məməlilərə də hücum edə bilirlər. Onların həssas eşitmə qabiliyyəti və kənar xətt orqanları onlara ovları tərəfindən hər hansı narahatlıq olan zaman yuvalarına qayıtmağa imkan verir.

Piranyalar isə, öz növbəsində, insanlar tərəfindən ovlanır və yeyilirlər.


Nəhəng dəniz xanı balığı - Stereolepis gigas


Uzunluğu 2,5 m, çəkisi 400 kq olan bu balıqların məskəni Kaliforniyadan Meksikaya və Yaponiyaya qədər Sakit okeanın şərqi hesab olunur.


Bu nəhəng balıqlar, adətən Kaliforniya, Meksika və Yaponiyanın qayalıq sahillərində laminariyaların köklərinə yaxın gizlənirlər. 100 ilə qədər uzun müddətdə yaşaya bilməsinə baxmayaraq, o qədər yavaş çoxalırlar ki, həddən artıq ovlanmasına görə azalan saylarını artırmaq onilliklər tələb edir. 


Zolaqlı ankvil balığı - Gymnothorax rueppedillii


Uzunluğu 80 sm, çəkisi dəqiq bilinməyən bu balıq növünün məskəni Hind okeanının tropik hissəsi və Sakit okeandır. 


Digər ankvil balıqları kimi bunlar da pusqu ovçularıdır. Gün ərzində onlar dayaz mərcanların qaranlıq yarıqlarında gizlənir, gecələr isə yuvalarının girişində pusqu quraraq oradan keçən balıqlara və ya krevetlərə hücum etməyi gözləyirlər.


Nəhəng ağ köpəkbalığı - Carcharodan carcharias
Uzunluğu 7 m-ə, çəkisi 3.000 kq-dan çox olan bilən bu balıq Dünya okeanlarında yaşayır.


Dənizlərin ən çox qorxulu balığı olan nəhəng ağ köpəkbalığının əsas qidası böyük balıqlar, kalmarlar və suitilərdir. Keçmişdə həddən çox ovlandığına görə hazırda ağ köpəkbalığı qorunur.