YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Zeynallı Asəf Zeynalabdin oğlu

Azərbaycan bəstəkarı
 
1909-cu ildə Dərbənddə anadan olub.
 
1923-1926-cı illərdə Bakı musiqi texnikumunda oxuyub.
 
1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib, Üzeyir Hacıbəyovdan dərs alıb.
 
1929-1931-ci illərdə fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri vəzifəsində işləyib. Bir müddət Tofiq Quliyev və Qara Qarayevə dərs deyib. Azərbaycan musiqi tarixində romans janrının banisidir. “Vətən”, “Sual”, “Seyran” və bir çox başqa romansların müəllifidir.
 
O, həmçinin fəhlə teatrında oynanılan bir çox əsərlərə musiqi bəstələyib. "Uşaq süitası" əsəri ilə Azərbaycanda uşaq musiqisi repertuarının əsasını qoyub. Əlliyə yaxın Azərbaycan xalq mahnısını nota köçürüb.
 
Asəf Zeynallı 1932-ci ildə 23 yaşında vəfat edib. Hazırda Bakı musiqi kolleci onun adını daşıyır.