YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Zorge Rixard

Sorge Richard 
 
Kəşfiyyatçı, Sovet İttifaqı Qəhrəmanı
 
1895-ci il oktyabrın 4-də Bakı şəhərinin Sabunçu qəsəbəsində neftçi-texnik Adolf Zorgenin ailəsində anadan olub.
 
1898-ci ildə valideynləri ilə Almaniyaya köçür, orta və ali təhsilini orada alır. Babası Albertın və dayısı Fridrix Zorgenin kommunist hərəkatında fəal iştirak etməsi Rixardın da bu hərəkata meyillənməsinə səbəb olur.
 
1924-cü ildə Sovet İttifaqına qayıdan Rixard, 1929-cu ildə Sovet kəşfiyyat xidmətinə cəlb edilir.
 
1930-cu illərdə Almaniya və Yaponiyada işləyərkən bu iki ölkənin Sovet İttifaqına qarşı hərbi əməliyyatlara hazırlaşdıqları və hücumun konkret vaxtı haqqında Sovet rəhbərliyinə məlumat verir. Moskva ətrafında almanlarla gedən gərgin döyüşlər zamanı Rixard Zorge Yaponiyanın Sovet İttifaqına hücum etməyəcəyi haqda məlumat verir. Bundan sonra Sovet hərbi rəhbərliyi Uzaq şərqdə yerləşdirdiyi ordunun bir hissəsini Moskvanın müdafiəsinə cəlb edir və almanlara paytaxtı ələ keçirməyə imkan vermir.
 
1941-ci ilin oktyabrında Rixard Zorgenin kəşfiyyat fəaliyyətinin üstü açılır və o, Yaponiya polisi tərəfindən həbs edilir. 
 
1943-cü ilin sentyabrında Zorge haqqında ölüm hökmü çıxarılır və 1944-cü il noyabrın 7-də edam edilir.
 
1964-cü il noyabrın 5-də 20 ildən sonra ona Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilir.
 
Bakıda onun adını daşıyan küçə və park var, haqqında “Siz kimsiniz doktor Zorge?” adlı bədii film çəkilib.