YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Suda-quruda yaşayanların növləri

Suda-quruda yaşayanların çoxu həyatlarını suda başlayır və burada qəlsəmələri ilə nəfəs alırlar, daha sonra isə quruya çıxaraq ağciyərləri və dəriləri vasitəsilə tənəffüs edirlər. Onlar rütubətli yerlərdə yaşayır və bir çoxları çoxalmaq üçün suya qayıdırlar. Suda-quruda yaşayanların üç əsas qrupu var: qurbağalar və quru qurbağalar, tritonlar və salamandrlar, soxulcanlar.


Bəzi salamandrlar bütün həyatını suda keçirir və hətta böyüdükdən sonra da çömçəquyruq qəlsəmələrini saxlayırlar (baxmayaraq ki, onların həmçinin ağciyərləri var). Digərləri isə bütünlüklə quruda yaşayır və bəzilərinin ağciyərləri yoxdur. Onlar oksigen qazını qan damarlarına birbaşa dəriləri vasitəsilə udur. Dərinin nəm olması oksigen qazının daha yaxşı keçməsinə kömək edir. 


Qurbağaların dəriləri incədir. Şüşə qurbağasının dərisində piqment az olduğu üçün o demək olar ki, şəffafdır. 


Təqribən 6000 növ suda-quruda yaşayanlar müəyyən edilmişdir. Suda-quruda yaşayanlar soyuqqanlıdırlar və tük örtüyü və ya pulcuqları yoxdur. Bir çox yetkin suda-quruda  yaşayanlar ətyeyənlərdir: onlar həşəratlar, qurdlar və hətta quşlar və ilanlarla qidalanırlar. 


Çömçəquyruqlar həyatlarını vegeterianlar kimi başlayırlar. Bütün suda-quruda yaşayanlar yumurtlayırlar. Bəziləri bir dəfəyə bir və ya iki yumurta qoyduğu halda, digərləri 50000-ə qədər yumurtlaya bilir.


Suda-quruda yaşayanların dərilərində zəhər ifraz edən vəziləri var. Üfunətli qoxu potensial düşmənləri müəyyən edir və onları öldürür. Bəzi ağac qurbağalarının zəhərindən ox uclarına vurulan öldürücü qatı məhlulun hazırlanmasında istifadə olunur. 


Körpə suda-quruda yaşayanlar, qurbağa kimi yumurtadan valideynlərinə heç oxşamayan sürfə (çömçəquyruq) şəklində çıxırlar. Sürfə yetkin heyvana çevrilənə qədər baş verən dəyişikliklərlə birlikdə metamorfoz adlanır. 


Qurbağa və quru qurbağası xüsusi jele ilə qorunan yumurtalarını dəstə şəklində qoyurlar.


Qurbağa, adətən, quruda yaşayır, lakin eyni zamanda suda da yaşaya bilir. Onun tənəffüs orqanları dərisi və ağciyərləridir. 


Körpə sürfədə hələ xarici qəlsəmələr inkişaf edəcəkdir. Qəlsəmələr bədən üzvləri inkişaf etdikdən sonra daxili olur.


Sürfənin əvvəlcə arxa əlləri, daha sonra isə qabaq bədən üzvləri inkişaf edir. Quyruq, sürfə yetkin qurbağaya çevrilənə qədər qısalmaqda davam edir.


Zəhərli qızıl qurbağa-uzunluğu 3-4,5 sm, çəkisi 3-5q, məskəni Kolumbiya, Cənubi Amerika hesab olunur.


Bu qurbağaların parlaq rəngləri ciddi xəbərdaredicidir. Onun dərisində olan vəzilərdən ifraz olunan zəhər hər hansı onurğalının zəhərindən daha öldürücüdür və yırtıcılar ondan hər vasitə ilə qaçırlar. Zəhərli qurbağaların 3 müxtəlif növü var-qızılı, yaşıl və narıncı.


Odqarınlı qurbağa-uzunluğu 4-8 sm, çəkisi 20-30 q, məskəni Çin, Rusiya və Koreyadır. Bu növ qurbağalar adını parlaq rənglərindən alıb, dərilərində olan zəhər vəziləri isə onları yırtıcılardan qoruyur. Qurbağalar rütubətli meşələrdə yaşayır və həyatlarının çox hissəsini dayaz sularda çapalamaqla keçirirlər. Onların görmə qabiliyyəti hərəkətlə məhdudlaşır, belə ki, hərəkət etməyən potensial ovları görünmədən canlarını qurtara bilərlər.


Avropa qurbağası-uzunluğu 6-9 sm, çəkisi 25-35 q, məskəni isə Avropadır.


Avropada geniş yayılmış bu qurbağalar gölməçə və rütubətli ərazilərdə yaşayır və çoxalırlar. Sərt qışı olan iqlimlərdə onlar rütubətli yuvalarında və ya hovuz dibindəki palçıqlarda bir neçə ay qışlaya bilirlər. Molyusklar, soxulcanlar və həşəratlar da daxil olmaqla ovlarını yapışqan dili ilə iri ağzına aparır.


İmperator salamandrı - uzunluğu 17 sm, dəqiq çəkisi bilinmir, məskəni sə Yunnan vilayəti və Çin hesab olunur.


Bu yaraşıqlı salamandr ana vətəni Çində qida, heyvan ticarəti və ənənəvi tibbdə istifadə üçün ovlandığından, nəsli kəsilmək təhlükəsindədir. Yetkin salamandrlar ilin çox hissəsini quruda yaşayır, lakin cütləşmək və yumurtlamaq üçün dayaz gölməçələrə qayıdır və yumurtalarını su alaqlarının üzərində qoyur. 


Xallı salamandr - uzunluğu 15-30 sm, çəkisi 100-150 q, məskəni isə Şimali Amerikanın çox hissəsi hesab olunur. Bir çox suda-quruda yaşayanlar kimi bu nəhəng salamandrlar da həyatlarını suda başlayırlar. Bəziləri quruda yaşayan heyvanlara çevrilsələr də, digərləri suyu tərk etmədən böyüməyə və çoxalmağa uyğunlaşırlar. Quruda xallı salamandr otluqlarda və meşə kənarlarında yaşayır, həşəratlar soxulcan, hətta siçan və qurbağaları da yeyir. 


Suda-quruda yaşayan ayaqsızlar-uzunluğu 50 sm olub, dəqiq çəkiləri məlum deyil. Məskənləri isə tropik meşələr hesab olunur.


Ayaqsız və gözsüz olan bu canlılar suda-quruda yaşayanların ən kiçik dəstəsidir. Onlar isti və rütubətli yarpaqlar arasında və ya tropik meşələrin torpaqlarında yuva qazmaqla yaşayırlar. Ən sevimli qidaları yağışqurdlarını qoxu vasitəsilə onlardan gələn siqnalları qısa buynuzları ilə tutmaqla ovlayırlar. Bu heyvanlar yumurtlamırlar, əvəzində özlərinə bənzəyən bala doğurlar.


Suda-quruda yaşayanlar, adətən, rütubətli yerlərdə və ya kölgəlikdə yaşayır ki, bu da onların dərisini nəm saxlamağa kömək edir. Onların üzmək, yerimək, tullanmaq, dırmanmaq və hətta sürüşmək qabiliyyəti müxtəlif həyat şəraitinə uyğunlaşa biləcəklərini göstərir. 


Yapışqan ayaqları ağac qurbağasına əlavə yapışma imkanı verir. Eşələnən qurbağaların toprağı qazmaq və boşaltmaq üçün güclü ayaqları var. Qurbağaların pərdəli, üzgəc şəkilli arxa ayaqları onlara suda üzməkdə kömək edir.