YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Ömər Xəyyam

Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri 
 
Böyük fars şairi, riyaziyyatçısı, astronomu və filosofu
 
1048-ci ildə İranın Xorasan vilayətinin Nişapur şəhərində anadan olub. Filosof, riyaziyyatçı, rübailər ustası kimi məşhur olan Ömər Xəyyam Bəhmənyardan dərs alıb.  
 
Gənc yaşlarında doğma şəhərini Səlcuqların aramsız hücumlarına məruz qalması səbəbindən tərk edərək Səmərqəndə köçür.
 
1074-cü ildə İsfahandakı rəsədxanaya rəhbərlik edən Ömər Xəyyam eyni zamanda istedadlı riyaziyyatçı kimi də tanınır. "Riyazi problemlərin nümayişinə dair" traktatı ilə riyaziyyat elminin inkişafına misilsiz tövhələr verir. 
 
İsfahandakı elmi fəaliyyəti dövründə Ömər Xəyyam fəlsəfə problemləri ilə də məşğul olur. İbn-Sinanın fəlsəfi elmini diqqətlə öyrənir və bir neçə əsərini fars dilinə tərcümə edir. 1080-ci ildə "Varlıq və zərurilik haqqında traktat" adlı İlk fəlsəfi əsərini ərsəyə gətirir.
 
Yazılarında yığcamlığı üstün tutan Xəyyam, az sözlə tutarlı fikirlər söyləyir, əsərlərini lakonik, bəzən bir neçə səhifəyə sıxışdıraraq yazır.
 
1131-ci ildə vəfat edən şairin həyatı və yaradıcılığında bəzi təzadlar görünür. Maraqlıdır ki, namaz qılıb, ibadət edən, ömründə bir qədəh belə  şərab içməyən şair mey və şərab haqqında çoxsaylı rübailər yazıb. 
 
Rindlərə xidmət et gəlsə əlindən,
Orucu, namazı yıx təməlindən.
Sən Ömər Xəyyamdan eşit düz sözü
Mey iç, inciməsin kimsə dilindən.
 
Məscidi, namazı, orucu burax,
Dilənçi olsan da mey iç, kefə bax.
Ey Xəyyam, öldünmü, bil, torpağından
Gah qədəh düzələr, gah kuzə, bardaq.
 
Yetməzmi bu məscid, bu oruc, namaz!
Yollan meyxanaya, şərab iç bir az.
Bir gün torpağından kuzə qayrılar,
Ey Xəyyam, bu ömür əbədi qalmaz.