YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Məməlilər-rekordsmenlər

Məməlilər heyrətamiz növ müxtəlifliyinə malikdir və Yer kürəsinin demək olar ki, bütün yaşayış yerlərini zəbt ediblər. Onlar gəzir, qaçır, üzür, qazır, uçur və hətta insan timsalında Aya da gediblər.


İnsan (Homo Sapiens) - canlıların primatlar dəstəsinə aiddir. Biz 125 ilə qədər yaşayış bilsək də, orta yaşam müddəti 66-dır. Biz ən geniş yayılmış məməlilər olaraq Antarktikadan başqa, bütün qitələrdə yaşayırıq.


Quruda ən böyük heyvan tam çəkisinə 20 yaşında çatır, lakin onun dişləri böyüməkdə davam edir.


Böcəklərlə qidalanan və uzunluğu 30 mm olan Yarasa - dünyanın ən balaca məməlisi, həm də eşşək arısı kimi tanınır. Onun çəkisi qənd parçasının yarısı qədərdir. 


Zürafə (Giraffa) - hündürlüyü 5,3 mdir. Dünyanın ən hündür məməlisinin uzun ayaqları və boynu olan yüksək budaqlardakı yarpaqları yeməyə imkan verir. 


Dağ qorillası (Gorilla beringei) - çəkisi 200 kq-dır. Bədəninin ölçüsü ilə müqayisədə erkək qorilla ən uzun qollara malik məməlidir.


Halqalı nerpa (Phoca hispida) - uzunluğu 1,3 m-dır.


Yağlı ana südü ilə qidalanan halqalı nerpa balası bədəninin 50 faiz yağlılığı ilə ən kök vəhşi məməlidir.


Dəniz qunduzu (enhydra lutris) - uzunluğu 1,3 m-dır. Hər kvadrat santimetrdə 12500 tüklə dəniz qunduzu ən sız tük örtüyünə malik məməlidir. 


Dəvə ən çox su içən məməlidir. İkigüvənli dəvə bir mövsümdə 57 litr su içə bilər. 


İkigüvənli dəvənin hündürlüyü 2,3 m-dir. 


Zolaqlı skuns (Mephitis mephitis) - uzunluğu 68 sm-dir. Zolaqlı skuns yırtıcılardan qorunmaq üçün üfunətli maye səpir. Buna görə də o ən üfunətli məməli sayılır.


Göy balina (Balaenoptera musculus) - uzunluğu 30 m-dir. Dünyanın ən böyük məməlisi göy balinadır. Onun səs dalğaları okean boyunca 800 km məsafədə yayılır. 


Boz balina (Eschrchtius robustus) - uzunluğu 15 m-ə qədərdir. Boz balinalar balalamaq üçün hər il Afrikadan Meksika sahillərinə qədər 20000 km məsafə qət etməklə ən uzun miqrasiya edən məməli kimi birinci yeri tutur. 


Ağ kərgədan (Ceratotherium simum) - uzunluğu 4 m-dır. Kərgədanlar zireh rolunu oynayan ən qalındərili məməlilərdir. Məsələn, kürək kimi həssas yerlərdə dərinin qalınlığı hətta 5 sm ola bilir.


Qılıncbuynuz saxara antilopu (Orux dammah) - uzunluğu 1,7 m-dir. Bu antilopların nəsli tükənmək üzrədir və onlar ən nadir məməli heyvanlardır.


Üçbarmaqlı tənbəl (Bradypus variegatis) - uzunluğu 60 sm-dır. Tənbəl heyvanlar bütün məməlilər arasında ən yavaş hərəkət edənlərdir. Onlar təqribən saatda 0,16 km məsafə qət edirlər. Bəzən onlar saatlarla hərəkətsiz qala bilir.


Gepard (Acinonyx jubatus) uzunluğu 1,35 m-dir. Gepard dünyanın ən sürətli məməli heyvanı kimi birinci yeri tutur. O, ovunun arxasınca saatda 95 km sürətlə qaça bilir.