YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Landau Lev Davidoviç

Ландау Лев Давидович
 
Görkəmli fizik
 
1908-ci il yanvarın 22-də Bakıda yəhudi ailəsində anadan olub. 
 
1922-ci ildə 14 yaşında ikən Bakı Dövlət Universitetinə qəbul edilir və eyni zamanda, iki fakültədə - fizika-riyaziyyat və kimya fakültələrində təhsil alır.
 
1924-cü ildə Leninqrad Universitetinin fizika fakültəsinə göndərilir, daha sonra Leninqrad Fizika-Texniki İnstitutunda aspirant təhsilini davam etdirir və 21 yaşında doktor elmi dərəcəsini alır.
 
1929-cu ildə ilk dəfə Avropaya getmək imkanı əldə edir. Kopenhagendə Nils Borun Nəzəri Fizika İnstitutunda çalışır. O, öznünü həmişə Borun tələbəsi hesab edir və fizikiya olan münasibətində Borun misilsiz rolu olduğunu vurğulayırdı.
 
Landau 1932-1937-ci illərdə Xarkov Mexanika və Maşınqayırma İnstitutunun nəzəri fizika kafedrasına rəhbərlik edir. 1936-1937-ci illərdə “Fazaların ikinci növ dəyişmələri” nəzəriyyəsini və “Yüksəkkeçiricilərin aralıq vəziyyəti” nəzəriyyəsini kəşf edir. 1937-ci ilin fevralında Moskva Fiziki Problemlər İnstitutunda nəzəriyyə şöbəsinin müdiri təyin olunur.
 
Xarkovda işlədiyi dövrdə dostu və keçmiş tələbəsi Yevgeni Lifçitzlə birgə on cildlik məşhur “Nəzəri fizika kursu” kitabını yazıb.
 
1937-ci ildə bütün ölkəni bürümüş repressiyalar dahi alimdən də yan ötmür. Xarkovdan Moskvaya Landau 1938-ci il aprelin 28-də təhlükəsizlik xidməti tərəfindən həbs edilir və 1939-cu il aprel ayının 19-na qədər həbsdə saxlanılır. Bundan xəbər tutan Nils Bor, Landaunun fizika üçün, dünya elmi üçün nə dərəcədə əhəmiyyətli olduğu barədə İosif Stalinə məktub göndərərək onun azadlığa buraxılmasını xahiş edir. Nils Borun və həmkarı Pyort Ksapitsanın Stalinə yazdığı məktublar sayəsində Landau azadlığa buraxılır.
 
1962-ci ilin yanvarın 7-də avtomobil qəzasına uğrayan alim 59 gün komada qalır. Həmin ilin noyabrında Landau Nobel mükafatına layiq görülür. Nobel Komitəsinin tarixində ilk dəfə olaraq xüsusi hal kimi, laureatın Stokholma gedə bilməməsi səbəbindən İsveçin Moskvadakı səfiri mükafatı Landauya xəstəxanada təqdim edir. 
 
Bir daha normal iş fəaliyyətinə qayıda bilməyən dahi fizik 1968-ci il aprelin 1-də dünyasını dəyişir və Novodeviçye qəbiristanlığında dəfn olunur.