YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Gələcəyə baxış

İnsan planetdə ən dominant canlıdır. Biz Yer kürəsinin bütün ehtiyatlarından istifadə edirik, lakin müəyyən limit vardır ki, əgər biz onları indiki sürətlə tükətməsini davam edəriksə, onlar nə zamana qədər mövcud olacaqlar. Bu bizim maraqlarımızdadır ki, onlardan ətraf mühitə zərər vurmadan istifadə etməyin yollarını torpaq və həmçinin Yer kürəsində yaşayan bitki və heyvanları qoruyaq. 


Çirklənmənin qarşısının alınması


Uzun illərdir ki, insanlar sənaye tullantı məhsullarını quru sahələrə, çaylara və ya atmosferə tökürlər. Yeni və daha təmiz texnoloji vasitələrdən istifadə etməklə biz istehsal olunan zəhərli maddələrin həcmini azalda və onların ətraf mühit üçün daha az zərərli olması yollarını tapa bilərik.


Yer kürəsində əhalinin sayı sürətlə artır. Hazırda əhalinin sayı 6,7 milyard olsa da, 2050-ci ilə qədər bunun 9 milyard olması gözlənilir. Bütün bu insanların havaya, suya, qidaya, yaşamaq üçün yerə ehtiyacı yaranacaq ki, bu da təbii ehtiyatlar üçün böyük ağırlıq olacaq. 


İnsanların daha çox hissəsi şəhərlərdə yaşayır. 2008-ci ildən etibarən dünyada insanların demək olar ki, yarıdan çoxu şəhər kənarında deyil, şəhərlərdə məskunlaşıb. 2030-cu ilə qədər dünya əhalisinin üçdə ikisinin şəhər sakini olacağı gözlənilir.


Təkrar istehsal- İnsanlar Yer kürəsinin resurslarından çox böyük miqdarda istifadə edirlər. Bu ehtiyatların qorunmasının ən yaxşı yolu təkrar istehsaldır. Kağız, plastik materiallar, metal, şüşə və parça təkrar istehsal və istifadə oluna bilər. 


Yer kürəsi zaman keçdikcə isinir. Alimlər havanın temperaturunu ölçən zaman müəyyən ediblər ki, orta temperatur tədricən artır ki, bu da son 200 ildə atmosferə atılan karbon dioksidin həcmi ilə üst-üstə düşür. Havanın orta temperaturu yüksəlməkdə davam edir.


Çiçək açan bitkilərin 3/1 hissəsindən çoxu nəsli kəsilmə təhlükəsi yaşayır. Bu bitkilərin çox hissəsi insanlar üçün əhəmiyyətli ola bilərdi, lakin onların istifadəsi kəşf olunmadan artıq məhv olurlar. Alimlər hazırda bütün dünya ətrafında gəzərək bitkiləri axtarır və onların toxumlarını toxum bankında saxlamaq üçün toplayırlar. Bu yolla onlar, əgər bitkilərin təbii növləri məhv olarsa, yeni bitkilər yetişdirə bilərlər. 


Konservasiya - İnsanların məskunlaşmadığı ərazilər çox önəmlidir, lakin onların çox hissəsi təbii ehtiyatlarına görə məhv edilmişdir. Bütün dünyadakı təşkilatlar oranqutan kimi nəsli kəsilməkdə olan canlıların müdafiəsi, bataqlılar və meşələrdə daxil olmaqla önəmli yerlərin qorunması üçün sanksiyalar tətbiq edirlər. 


Ekoturizm -Yeni yerlərə səyahət etmək əyləncəlidir, lakin turizm həmin ərazidə yaşayan yaşayan insanlara, heyvanlara və bitkilərə təsir edir. Ekoturizm operatorları kurortları yerli ətraf mühiti və təbiəti qoruyacaq şəkildə planlaşdırmağa həvəsləndirərək milli parkların və digər qorunan ərazilərin müdafiəsinə kömək edirlər. 


Turistlər əraziyə zənginlik gətirirlər. Təbiətin özü turistləri cəlb etdiyi halda, yerli müəssisələr yəqin ki, ətraf mühitin qorunmasının qayğısına qalmış olurlar.


Yenidən meşəsalma - Dünyanın təbii meşə zolağının çox hissəsi məhv edilib. Meşələr vacib ekosistemdir, bu baxımdan bəzi ərazilərdə təbii ağaclardan istifadə etməklə yeni meşə zonası salınır. Davamlı idarə olunacaqları halda, bu, yerli əhali üçün gəlir, heyvanlar üçün isə təhlükəsiz yaşayış yerini təmin edəcəklər.