YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Ocaqov Rasim Mirqasım oğlu

Azərbaycan kinorejissoru, operator, Azərbaycan Xalq Artisti
 
1933-cü il noyabr ayının 22-də Azərbaycanın Şəki şəhərində anadan olub.
 
1951-1956-cı illərdə Moskvada Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin kinooperatorluq fakültəsində təhsil alıb. Daha sonra M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib.
 
1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor işləyib.
 
1957-ci ildə ilk dəfə operator kimi "Bir məhəlləli iki oğlan" filmini çəkir. "Onun böyük ürəyi" filmi isə onun ilk sərbəst işi olur. "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?" və "Skripkanın sərgüzəşti" filmlərində Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaradır.
 
1975-ci ildə Rasimə rejissor kimi yarımçıq qalmış "Gəncəbasarlı qisasçı" filminin çəkilişini davam etdirmək həvalə edilir. Bu film Rasim Ocaqovun rejissor kimi ilk işi olur.
 
Rasim Ocaqovun Böyük Vətən müharibəsi zamanı yaxınlarını cəbhəyə yola salmış Azərbaycan ailələrinin hislərindən bəhs edən "Tütək səsi" filmi milli kinomuzun incilərindən birinə çevrilir.
 
Onun filmləri sırasına "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm, bağışla", "Həm ziyarət, həm ticarət", "İstintaq" filmləri də daxildir. “Təhminə" və "Otel otağı" filmləri onun son işlərindəndir.
 
Ümumilikdə 70-dən çox filmin çəkilişində iştirak edən Ocaqov Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (1967), Azərbaycan SSR Xalq Artisti (1982) adlarına layiq görülüb. SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatıdır (1980).
 
Rasim Ocaqov 2006-cı il iyulun 11-də Bakıda vəfat edib.