YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Bataqlıqda həyat

Bataqlıqlar Yer kürəsində ən zəngin yaşayış məskənləridir. Torpaqları daim su ilə hopdurulmuş olan bu ərazilər çökəklik və yüksəklik bataqlıqları olmaqla iki yerə bölünür. Bataqlıqların suyu şirin və ya duzlu ola bilər. 



Bataqlıq bitkiləri rütubətli şəraitə uyğunlaşıblar, onların bəziləri üzə bilir, digərlərinin isə suyadavamlı mumşəkilli yarpaqları var. Bu bitkilərin yarpaqları oksigeni su altında qalan köklərə daşımaqla onların da sağ qalmasını təmin edir. Bəzi köklər açıq havada olmağa və ya şirin sudan duzlu suya keçidlərə davamlı olur.


Vağ quşları yavaş-yavaş bataqlılara yaxınlaşaraq bitki kökləri arasında gizlənən balıqları tuturlar.


Kapibaralar Cənubi Amerikanın ən böyük bataqlığı olan Pantanalda yaşayan gəmiricilərdir. Bütün digər suda-quruda yaşayan məməlilər kimi onların da ağzı, gözləri və burun deşikləri başlarının üst tərəfində yerləşir ki, bu da üzərkən belə onların qalmalarına imkan verir.


Barızqun balığı İndoneziyada Hindistan saqqız ağaclarının ətrafındakı bataqlıqlarda yaşayır. O, yarpaqlarda və Hindistan saqqız ağaclarının köklərində yaşayan həşəratlarla qidalanır. Su altında ovunu müəyyən etdikdən sonra bu balıq burnunu çölə çıxararaq həşəratları su şırnağı ilə məhv edir, daha sonra isə suya düşən həşəratları acgözlüklüə udur.


Bataqlılar çoxalmaq və qidalanmaq üçün suya ehtiyacı olan bir çox həşəratlar, suda-quruda yaşayanlar və sürünənlərin əsas yaşayış yerləridir. Bu isə onlarla qidalanan yırtıcı quşları və iri heyvanları da bataqlıq ətrafına cəlb edir.

 

Qunduzlar, dəniz atları və su kələləri də daxil olmaqla bir çox məməlilər bataqlıq həyatına uyğunlaşıblar.


Ətyeyən bitkilər torpaqdan ala bilmədikləri qida maddələrini əldə etmək üçün həşəratları tələyə salırlar.


Məməlilər Afrikada yerləşən Okvanaqo deltası su atları üçün ideal məskəndir.


Sürünənlər Kaymanlar və Amerika timsahları bir çox bataqlıqların başlıca yırtıcılarıdır. 


Sakit bataqlıq suları su quşları üçün balıq ovuna yaxşı şərait yaradır.