YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Şirin su

Şirin su yerin quru səthinin bir faizdən az hissəsini təşkil edir. Düşən yağış suyu cərəyanlar və çaylarla yenidən okeana geri dönür və ya bataqlıqların, gölməçələrin və göllərin yaranmasına səbəb olur.


Şirin su hövzələri 


Şirin su hövzələrində yaşayan canlılar bir çox çətinliklərlə qarşılaşırlar. Burada daşqınlar ola və ya su tamamilə çəkilə bilər, eləcə də palçıqla qarışa və ya müxtəlif maddələrlə çirkləndirilə bilər. Lakin şirin sularda yaşayan canlılar bura uyğunlaşırlar, məsələn qızılbalıqlar həyatlarının bir hissəsini dənizdə keçirir və onların xüsusi uyğunlaşdırılmış xüsusiyyətləri onlara şirin sudan duzlu dəniz suyuna keçməyə və yenidən çoxalmaq üçün çaya qayıtmağa imkan verir.


Qida zənciri


Çaylarda qida ətrafda olan quru sahələrdən asılıdır. Bu təsərrüfat sahələrində olan qida maddələri və ya yosunları və bakteriyaları qida ilə təmin edən tökülmüş yarpaqlar ola bilər. Bunlar həşərat sürfələri, ilbizlər tərəfindən, sonuncular isə balıqlar və qurbağalar tərəfindən yeyilir.


Balıq sığınacaqları 


Balıq növlərinin təxminən 40 faizi şirin sularda yaşayır. Afrikanın şirin su hövzələrində tsixlosom balığı kimi nadir növlər mövcuddur.


Gölməçə həyatı


Gölməçədən götürülən su nümunəsi orada həşəratlar, ilbizlər, çömçəquyruqlar və gölməçə alaq otları kimi müxtəlif canlıların yaşamasının aydın şəkildə göstərir.


Mənbə çaylar mənbədən sürətlə axan cərəyanlar kimi başlayır.


Ağız çaylar dənizə çatdığı zaman yavaşlayır və genişlənirlər. 


Çayların ekologiyası yüksəklikdən dənizə doğru axdığı üçün dəyişir. Mənbəyində çayın axım sürəti yüksək olduğundan, bitkilərin inkişafı mümkün olmasa da, onurğasızlar və balıqlar oksigenlə zəngin sularda sağ qala bilirlər.

Çayın sürəti azaldıqda isə müxtəlif bitki növləri yüksəklikdən gətirilən palçıqda kök atır. Heyvanlar çayın sahili boyunca yuva qurur və şikarlarını ovlayırlar.