YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Dağlar

Yer üzünün başqa heç bir yerində dağ yamaclarında olduğu qədər yaşayış yerlərinin müxtəlifliyini tapa bilməzsiniz. İsti və təhlükəsiz vadilərinin heyvan və bitkilərlə zəngin olduğu dağların çılpaq zirvələrini soyuq küləklər döyəcləyir. Yalnız ən dözümlü heyvan və bitki növləri belə kəskin şəraitdə yaşaya bilər. 


Yer kürəsinin quru sahəsini təxminən 25 faizi dağlardan ibarətdir. Onlar dünyanın çay sisteminin böyük hissəsini qidalandırır və mineral resurslarla zəngindir. Dağların yüksəkliklərində az adamın yaşamasına baxmayaraq, onlardan çoxu qayalara dırmaşma və ya xizək sürmə kimi idman növlərində dağlardan istifadə edirlər. 


8848 m hündürlükdə Everest zirvəsi dünyada ən uca zirvədir. Bu Mərkəzi Asiyada Himalay dağ silsiləsinin bir hissəsidir. 


Havay dağlarında Mauna Kea dağı okean səviyyəsindən 10203 m hündürlükdə ən hündür dağdır. Onun yalnız 4205 m hissəsi dəniz səviyyəsindən görünür. Hündürlüyün artması ilə oksigenin səviyyəsi kəskin şəkildə aşağı düşür.

 


“Ölü zona” 6000 m hündürlükdən başlayır. Burada güclü külək və aşağı temperatur səbəbindən yalnıx çox az heyvanlar sağ qala bilirlər.


Dağlar Yer kürəsinin səthində tektonik salların toqquşması nəticəsində yaranır. Hansı salların toqquşmasından asılı olaraq quru yuxarı qalxır və dağları əmələ gətirir və ya ərimiş lava üzə çıxaraq vulkanların yaranmasına səbəb olur. Vulkanlar dağlara nisbətən dah düzgün formada olurlar. Dağlarda, əsasən yoxsul, qayalıqlar, torpaqlar olur və yalnız zirvələrinə doğru az miqdarda bitki bitir. Vulkanların təhlükəsinə baxmayaraq, onların külü mineral gübrə kimi kənd təsərrüfatı məhsullarını yetişdirmək üçün torpağı münbitləşdirir.