YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Sasanilər İmperiyası

Müasir İran, İraq, Əfqanıstan, Pakistan, Türkmənistan və Azərbaycan ərazilərini əhatə etmiş tarixi dövlət
 
224-cü ildə Pars vilayətinin Sasan nəslindən olan hökmdarı I Ərdəşir Papakan Parfiya hökmdarı V Artabanı məğlub edərək Arşakilər sülaləsinin hakimiyyətinə son qoyur. I Ərdəşir 226-cı ildə Ktesifon şəhərində özünü İran şahənşahı elan edir və Sasanilər dövlətini yaradır. Ktesifon şəhəri Mədain adlandırılır və əvvəlki kimi yenə də paytaxt şəhər qismində qalır.
 
Şahanşah III Yəzdigərd dövründə Ərəb Xilafətinin başına Xəlifə Ömər keçdikdən sonra güclənməkdə olan Xilafət ilə Sasani imperiyası arasında ziddiyyətlər kəskinləşir və qarşıdurma həddinə çatır. 
 
642-ci ilin yayında Həmədanla İsfahan arasında yerləşən Nəhavənd şəhəri yaxınlığında Neman ibn Muqərrininin başçılıq etdiyi ərəb müsəlman ordusu ilə məşhur sərkərdə Mərdanşah Hörmüzün başçılıq etdiyi Sasani ordusu arasında ağır döyüş baş verir və bu döyüş müsəlmanların qələbəsi ilə başa çatır. 
 
Üç gün ərzində davam edən döyüş nəticəsində xilafət ordusu baş komandan Neman ibn Muqərrin başda olmaqla 20 minədək itki verir. Eyni zamanda 30 minədək Sasani döyüşçüsü də həlak olur.
 
Nəhavənddəki məğlubiyyətdən sonra Sasani ordusu bir daha özünə gələ bilmir və imperiya tədricən dağılmağa başlayır.
 
642-651-ci illərdə İsfahan, Təbəristan, Fars, Kirman, Sistan Xorasan və başqa əyalətlərin fəthi ilə qədim və zəngin Arran ölkəsi tamamilə xəlifənin əlinə keçir və Sasani imperiyası tarix səhnəsindən silinir.