YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Taqanroq diviziyası

Böyük Vətən Müharibəsi zamanı əsasən Azərbaycanlılardan təşkil olunmuş 416-cı milli atıcı diviziya
 
1942-ci il fevralın 22-də Azərbaycanın Ucar rayonunda şəxsi heyətinin 92 faizi azərbaycanlılardan ibarət 416-cı milli diviziya yaradılır. 
 
1942-ci ilin sentyabrın əvvəllərində 44-cü ordunun tərkibinə daxil edilən diviziya Şimali Qafqaza, Xasavyurt rayonuna göndərilir və bir ay sonra Sulak çayının şərq sahilində almanların Mahaçqala istiqamətindəki hücumlarının qarşısının alınmasında iştirak edir. Daha sonra təcili olaraq ağır döyüşlərin getdiyi Terek stansiyası zonasında yeni döyüş xəttinə göndərilir.
 
1942-ci ilin noyabrında başlanan və 416-cı diviziyanın da iştirak etdiyi əks-hücumlar nəticəsində Şimali Qafqaz düşməndən azad edilir və Rostov istiqamətində hücumları davam etdirmək üçün zəmin yaranır.
 
Azərbaycandan tərkibinə daha 1500 nəfərin daxil edildiyi 416-cı diviziya 1943-cü il avqustun 17-də Taqanroq istiqamətində hücumlara qatılır və avqustun 30-da 28-ci ordunun tərkibində Taqanroq şəhərinin düşməndən azad edilməsində böyük qəhrəmanlıq göstərir. Bu şücaətinə görə 416-cı milli diviziyaya "Taqanroq diviziyası" fəxri adı verilir.
 
Milli diviziya 1943-cü ilin sentyabr ayında daha 2500 nəfər azərbaycanlı döyüşçü ilə gücləndirildikdən sonra növbəti döyüşlərə başlayır və Nikolayev şəhəri uğrunda döyüşlərdə fəal iştirak etdir.
 
1944-cü ilin yanvarında 416-cı diviziya 3-cü Ukrayna cəbhəsində 5-ci zərbə ordusu tərkibində Dnepr çayı sahillərinə çıxır. Bu əməliyyatlarda göstərdiyi igidliyə görə Mikayıl Ələkbərov, Bahəddin Mirzəyev, Fariz Səfərov və Ağaşirin Cəfərov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülürlər.
 
Həmin il aprelin 9-da Odessa şəhərinin düşməndən azad edilməsində fəal iştirakına görə Taqanroq diviziyası II dərəcəli Suvorov ordeni ilə təltif edilir.
 
416-cı diviziyanın döyüş salnaməsində Moldovanın, xüsusən də Kişinyov şəhərinin azad edilməsi də xüsusi yer tutur.
 
Taqanroqdan Berlinə qədər şərəfli döyüş yolu keçən 416-cı diviziyanın zabiti leytenant Vahab Osmanov mayın 1-də Kayzerin sarayının üzərinə Qələbə bayrağını sancarkən düşmən gülləsinə tuş gəlir və qəhrəmancasına həlak olur.
 
Mayın 2-də isə Berlinin mərkəzinə doğru irəliləyən milli diviziyanın leytenantı Məcidov və onun döyüşçüləri qələbə bayrağını Brandenburq qapılarına sancırlar.