YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Vulkan və zəlzələlər

İnsanlar hər zaman Yer səthini hərəkətə gətirən vulkan və zəlzələlərin coşqun gücündən qorxmuşlar. Onların planetimizin təbii hərəkətləri olmasına baxmayaraq, bəzən çox dağıdıcı ola bilərlər. 


Vulkanlar


Vulkanlar ərimiş suxurların Yerin üst qatına təzyiq etməsi nəticəsində yaranır. Ərimiş suxurlar torpağın alt qatlarında maqma, Yerin üzərinə çıxdıqdan sonra isə lava adlanır. Bəzi vulkanlar sakit püskürdüyü halda, digərləri partylayıcı və ətrafa qaz, tüstü və suxur yayılmasına səbəb ola bilirlər. Vulkanlar müəyyən vaxt intervalında püskürə və ya əsrlərlə sakit qala bilirlər. 


Tərkibində böyük miqdarda qaz olmayan lavalar uzun məsafələrə axırlar. 


Maqma mövcud suxur qatlarını sıxdığı zaman yataq əmələ gəlir. 


Qalxanvari vulkan-Bu vulkan konusu püskürən lavanın soyumamışdan və qatılaşmamışdan öncə uzun məsafəyə axması nəticəsində yaranır. 


Kül konusu-vulkanların kül konusu çıxan qazın təsiri ilə kül və lavanın hissələrə parçalanması nəticəsində yaranır. 


Kül buludları kiçik hissələrə parçalanaraq Yerin atmosfer qatına yayılır və bir neçə ay müddətində havanın dəyişməsinə səbəb ola bilir. 


Atəş halqası


“Atəş halqası” Sakit okeanın sahili boyunca uzanan ərazini əhatə edir. Yer qabığı sallarının kəsişdiyi bu ərazi daha çox vulkan və zəlzələlərin baş verdiyi tektonik cəhətdən aktiv zonadır. Burada 452 vulkan yerləşir və dünyanın ən güclü zəlzələlərinin 80 faizi burada baş verir. 


Mürəkkəb vulkanlar- Bu vulkanların konusu zirvəyə doğru dik qalxır. Bu vulkanlar, adətən, partlayıcı olduğundan daha təhlükəlidir. 


Zəlzələlər


Zəlzələlər Yerin müxtəlif laylarının bir-birinə nəzərən sürüşməsi və ya toqquşması nəticəsində yaranır və adətən, zəlzələnin baş verdiyi yerə zəlzələ ocağı deyilir. Yeraltı laylar hərəkət edən zaman böyük miqdarda enerj ayrıldığından, bu sanki hovuzda dalğa yaranırmış kimi Yerin üst qatını titrədir. 


Episentr, Yer səthinin bilavasitə zəlzələ mənbəyi üzərində olan sahəsidir. 


Yerin üst qatında-Yerin üst qatının titrəməsi, üzərində olan binalar və digər tikililərin dağılmasına səbəb ola bilər. Zəlzələnin gücü Rixter şkalası ilə ölçülür. Kobedə, (Yaponiya) baş verən zəlzələnin gücü 7,3 Rixter şkalasında idi və 20 saniyə davam etməsi nəticəsində 200 000 binanın dağılmasına səbəb olmuşdur. Hətta ən böyük zəlzələ 2011-ci ildə Yaponiyada olmuşdur. 

 


Sunami - okean dibinin ani hərəkəti nəticəsində yaranan nəhəng su dalğasıdır. Bəzən toqquşan tektonik sallar bir-birinə ilişib qalır və onlar aralandıqları zaman zəlzələnin suya güclü təkan verməsinə səbəb olur. Dalğalar okeandan keçdikcə daha da güclənir və sahilə dağıdıcı təsir göstərir.