YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Faradey Maykl

 Michael Faraday
 
İngilis fiziki və kimyaçısı, London “Kral cəmiyyəti”nin üzvü
 
1791-ci il sentyabrın 22-də London şəhəri yaxınlığındakı Nyuinqton-Batts qəsəbəsində anadan olub.
 
Ailəsinin ehtiyac içində olması səbəbindən 13 yaşından etibarən London kitab mağazalarının birində kuryer, daha sonra kitab cildləyicisi işləməyə başlayıb. Sistematik təhsil ala bilməsə də işlədiyi kitabxanada elmi kitabların çoxluğundan istifadə edərək biliyini artırıb və müxtəlif təcrübələr aparıb.
 
Tanınmış fizik və kimyaçı Hampri Devinin “Kral institutu”nda oxuduğu mühazirələri dinləyib. Alimin dörd mühazirəsini dəqiqliklə köçürərək onları işə götürülmə xahişi ilə birgə Deviyə göndərib. 
 
1813-cü ildə Devi onu öz yanına "Kral İnstitutu”na assistent vəzifəsinə götürüb.
 
1821-ci ildən etibarən karyerasında uğurlu sıçrayışa imza atan Faradey əvvəlcə institutun baş müfəttişi, 1825-ci ildə direktor vəzifələrinə qədər yüksəlib və 1827-ci ildə kimya üzrə professor dərəcəsi alıb. 
 
1831-ci il avqustun 29-da Faradey elm sahəsində ən böyük nailiyyəti olan elektromaqnit induksiyasını kəşf edir və elektromaqnit texnologiyasının əsasını qoyur.
 
Faradey həmçinin yükün yalnız yüklənmiş keçiricinin xarici səthində cəmləşdiyini, keçiricinin daxilində olan hissəyə isə heç bir təsiri olmadığını təyin edir. Bu effektə hazırda Faradey toru deyilir.
 
Bundan başqa o, paslanmayan polad növünü, təzyiq altında qazın mayeyə çevrilməsi qanununu, 1825-ci ildə isə sonralar benzol adlanan nəql oluna bilən qazı kəşf edir. 
 
1824-cü ildə o "Kral cəmiyyəti"nə üzv seçilib. 1832 və 1838-ci illərdə o, bu cəmiyyət tərəfindən iki dəfə "Coley", 1835 və 1846-cı illərdə iki dəfə "Royal" və 1846-cı ildə “Rumford” medalları ilə təltif edilib.
 
Maykl Faradey 1867-ci il avqustun 25-də London şəhərində vəfat edib və yerli Hayqeyt qəbiristanlığında dəfn olunub.
 
Hazırda kondensatorun gücünü ölçmək üçün tətbiq edilən vahid onun adını daşıyır.