YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Fatmayı

Abşeron rayonunun inzibati ərazi vahidində kənd
 
Xəzər dənizindən 54 metr yüksəklikdə olan təpənin cənub yamacında yerləşir. Məmmədli, Digah, Pirşağı və Goradil kəndləri ilə qonşudur.
 
Abşeronun qədim kəndlərindən olsa da tarixi az öyrənilib. Adı ilə bağlı bir sıra versiyalar mövcuddur. Əhali arasında ən çox yayılanı kəndin yelçəkər yerdə yerləşdiyi səbəbi ilə, "Fəthmehi" (mehi fəth edən yer) adlandırılmasıdır. 
 
Digər bir versiyada isə, kəndin adı "fatimi" sözündən (Fatimənin nəslindən olanlar) götürüldüyü deyilir. Bu  hər hansı bir qadının və ya Həzrəti-Fatimənin adından götürüldüyü də mübahisəlidir. Daha bir ehtimala görə kəndin adı Salyan hakiminin dul qalmış qadını (XVIII) Fatma xanımla bağlılığı irəli sürülür 
 
Kənddə bir çox tarixi abidələr dövrümüzə qədər gəlib çıxıb. Bunlara XVII-XIX əsrlərə aid Hacı Heybət və Salam məscidləri, hamam, türbə, kimi tikililər və başqaları aiddir.
 
Tarixən yerli əhali əsasən əkinçilik və maldarlıqla məşğul olub. Dənizə yaxın ərazidə salınmış üzüm bağları və əncirlikləri ilə məşhurdur. 
 
Fatmayı bir çox tanınmış şəxsiyyətlər yetişdirib. Məşhur din xadimləri Şeyx Ağahüseyn Mirzəhüseyn oğlu, yazıçı Tağı Şahbazi (Simurq), alimlər Abdulla və Əbülfəz Qarayevlər, görkəmli bəstəkar Qara Qarayev, şair Mirzağa Dilxun, vitse-admiral Cəlil Cavadov və başqaları bu kəndin yetirmələridir.