YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Çıraqqala

Şabran rayonunun ərazisində qədim qala
 
Bakı şəhərindən 150 kilometr məsafədə, sıldırım qayanın zirvəsində, 1232 metr yüksəklikdə yerləşir. 
 
IV-VI əsrlərə aid edilən qala Sasani hökmdarları tərəfindən tikilib. Çıraqqala Xəzər dənizindən Baba dağın ətəklərinə qədər uzanan və vaxtilə qala-şəhər rolunu oynayan səddin üç böyük qalasından biridir. Qalanın böyüklüyü və dörd tərəfdən keçilməz sıldırım qaya üzərində yerləşməsi, möhtəşəm Gilgilçay səddi ilə əhatələnməsi və eləcədə 17 bürcünün olması onun qala-şəhər olduğunu bir daha təsdiqləyir.
 
Çıraqqalanın yerləşdiyi möhtəşəm Gilgilçay səddi, bəzi mənbələrə görə, məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır. Faktiki olaraq şimaldan cənuba keçilməsi mümkün olan bütün yolları bağlayan bu səddin üzərində əsasən bişmiş və çiy kərpicdən çoxsaylı bürc və ya qüllələr ucaldılıb. Ən böyük bürcün hündürlüyü 14,7, eni isə 7,2 metrdir. Divarlar və bürclər. Çıraqqala da daxil olmaqla, 17 bürcdən ibarət düzbucaqlı formasındadır. Hazırda həmin bürclərin yalnız üçü salamat qalıb.
 
Çıraqqala tarixi abidə kompleksi 2003-cü ildə qoruq elan edilib.