YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Çernobıl faciəsi

Çernobıl AES-də nüvə partlayışı zamanı baş verən faciə
 
1986-cı il aprelin 26-da Ukrayna Sovet Sosialist Respublikasının paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasının 4 nömrəli enerji blokunun reaktorunda qəza baş verir. Güclü partlayış reaktoru əhatə edən qoruyucu örtüyü dağıdır və yanğına səbəb olur. 
 
Yanğını söndürmək və şüalanmanın qarşısını almaq məqsədi ilə stansiyaya dərhal ordu qüvvələri və helikopterlər cəlb olunub. Eyni zamanda SSRİ-nin hər yerindən on minlərlə “könüllü“ də bu əməliyyatlara qoşulur. Qəzanın nəticələrinin aradan qaldırılması işləri 9 gün davam edir və partlayış baş verən 4-cü blokun üzərinə 5 min tondan çox qum, çınqıl tökülür. Qəzalı blok dəmir beton hissələri ilə örtülür.
 
Radioaktiv şüalanma partlayış baş verən anda minlərlə kilometr məsafəyə yayılır. Qəza zonasına yaxın ərazilərdə yaşayan insanlar şüalanmaya məruz qalan ərazidən uzaqlaşdırılır və stansiya ətrafında Pripyat və Çernobıl şəhərlərinin də daxil olduğu 30 kilometrlik radiusda “təcrid zonası” yaradılır. 
 
Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması əməliyyatlarına ümumilikdə 650 min insan cəlb edilib. Rəsmi məlumatlara görə, onların 15 mindən artığı bir neçə ildən sonra şüalanma nəticəsində dünyasını dəyişib. Qeyri-rəsmi məlumatlara görə isə bu rəqəm 95-100 min arasındadır. Xilasetmə işlərində iştirak edən digər insanlar ağır şüalanmaya məruz qalıblar.
 
Partlayışdan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət edib və bu ərazilərin ekoloji vəziyyətinə ciddi təsir göstərib. AES-in partlamış bloklarının təhlükəsizliyini təmin etmək üçün keçirilən əməliyyatlarda 15 mindən çox azərbaycanlı da iştirak edib ki, onların da böyük əksəriyyəti 1-ci qrup əlildir.
 
Həmin bölgədə və qonşu ərazilərdə yaşayan təxminən 6-8 milyon insan da müxtəlif dərəcədə şüalanmaya məruz qalıb.