YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Şeyxəli xan Qubalı

Şeyxəli xan Fətəli xan oğlu Qubalı
 
Quba xanı
 
Quba şəhərində anadan olub.
1791-ci ildə hakimiyyətə gəldikdən sonra ənənəvi siyasəti kökündən dəyişərək Ağa Məhəmməd şah Qacarla dostluq əlaqələri yaradıb və onunla müttəfiq olub.
 
1796-cı ildə Zubovun başçılığı ilə rus qoşunları Dərbəndi tutmaq istəyərkən Şeyxəli xanın başçılıq etdiyi Quba qoşunlarının qızğın müqavimətinə rast gəlirlər. Bu səbəbdən rus komandanlığı Dərbəndi işğal etdikdən sonra Şeyxəli xanı zəiflətmək məqsədi ilə onun qardaşı Həsənağa xanı Dərbənd hakimi təyin edirlər.
 
1797-ci ilin martında rus qoşunları Azərbaycan ərazisini tərk etməyə məcbur olur və Şeyxəli xan yenidən bütün Quba xanlığına, o cümlədən Dərbəndə nəzarəti ələ alır.
 
1806-cı il oktyabrın 3-də Bakı ruslar tərəfindən işğal edilir. Bakının işğalından sonra Quba xanlığının mövqeləri zəifləyir. Rus ordusu Quba üzərinə növbəti hücumundan sonra şəhəri ələ keçirir. Şeyxəli xan qoşunu ilə Xızı-Bərmək dağlarına çəkilir.
 
Bundan sonra da mübarizəsini davam etdirən Şeyxəli xan Qiziqumuxlu Nuh bəylə Qubanı geri almağa cəhd etsə də, buna nail ola bilmir. 
 
1810-cu ilin avqustunda Şeyxəli xan Şirvan xanı Mustafa xanın köməyi ilə rus qoşunlarını Gilgil çayı üzərindəki döyüşdə məğlub edir və onlara köməyə gələn general Repinin qoşunlarını geri oturdur. Lakin general Xatuntsovun komandanlığı altında bu bölgəyə yeridilən rus ordusu Şeyxəli xanın qoşununu məğlubiyyətə uğradır.