YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kosmosun öyrənilməsi

Kosmos əsri 1957-ci ildə Sovet İttifaqı tərəfindən ilk süni peyk Sputnikin quraşdırılması ilə başlandı. 1961-ci ildə Yuri Qaqarin kosmosa uçan ilk şəxs olub. 


Beynəlxalq Kosmik Stansiya (BKS) bu günə qədər istifadə olunan ən bahalı və iddialı orbital stansiyadır. 450 ton (450 metrik ton) ağırlığında olan stansiyanın yerin orbitində quraşdırılmasında Rusiya, ABŞ, Yaponiya, Kanada və 11 Avropa ölkəsi iştirak edib. 


Beynəlxalq Kosmik Stansiya Yerin orbitində olan ən böyük cisimdir. 


Kosmik stansiyalar insanların kosmosda uzun müddət yaşaya və işləyə biləcəkləri yerlərdə quraşdırılır. İlk kosmik stansiya-Salyut(Salute)-Sovet İttifaqı tərəfindən 19 aprel 1971-ci ildə quraşdırılıb. 1986-cı ilə qədər daha 6 eyni adlı kosmik stansiyalar quraşdırıldı və onlardan ikisi xüsusi olaraq araşdırma şəkillərinin çəkilməsi üçün nəzərdə tutulurdu. 


Salyut 7 kosmik stansiyası-20 ton (20 metrik ton) olan bu stansiya 1982-ci ildə buraxıldı və 1991-ci ildə yenidən kosmosa daxil olan zaman yandı. 


Kosmik gəmi: 1981-ci ildə Floridada Kanaveral burnundan ilk təkrar istifadə oluna bilən kosmik gəminin uçuşa başlaması ilə yeni kosmos əsri başlandı. Beş Amerika kosmik gəmisi hazırlandı və onlar Yerə nəhəng planet kimi qayıtdı. 


Kosmik gəminin enməsi: kosmik gəmi uçuş-enmə zolağına saatda 345 km və ya 215 mil sürətlə enir. Əgər eniş zolağını keçsə yenidən geri dönüb və sınağı bir daha təkrarlaya bilməz. Quyruğundakı paraşüt sürətinin azalmasına yardım edəcək.


Kosmik turizm: Demək olar ki, bütün astronomlar və kosmonavtların uçuşları vergi ödəyiciləri tərəfindən maliyyələşdirilir. Bununla belə, kosmik turizm hər gün məşhurlaşmaqda davam edir. İlk kosmik turist milyonçu biznesmen Dennis Tito olub və o, Beynəlxalq Kosmik Stansiyada bir həftə keçirmək üçün 20 milyon dollar pul ödəyib.


Ayın səthində yalnız 12 astronom gəzib. Onlar başqa planetə ayaq basan ilk insanlardır. Qaqarinin tarixi uçuşundan sonra təqribən 500-ə qədər insan Yerin ətrafında uçuş həyata keçirib və onlar Rusiya, ABŞ və başqa ölkələrin vətəndaşları idi.